Zakir Həsənov xidməti müşavirə keçirdi
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi altında nazir müavinləri, qoşun növləri komandanları, nazirliyin baş idarə, idarə, xidmət rəisləri və birlik komandirlərinin iştirakı ilə xidməti müşavirə keçirilib.
Müdafiə Nazirliyindən verilən məlumata görə, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişlərini bir daha müşavirə iştirakçılarına xatırladan Müdafiə naziri dövlət başçısının rəhbərliyi ilə Azərbaycan Ordusunda həyata keçirilən islahatların davam etdirilməsi və qarşıda duran vəzifələrin icrası ilə bağlı bir sıra tapşırıqları diqqətə çatdırıb.
General-polkovnik Z.Həsənov müşavirədə şəxsi heyətin Vətənə, dövlətə və Ali Baş Komandana misilsiz sədaqət, milli-mənəvi dəyərlər, vətənpərvərlik, milli köklərə bağlılıq və döyüş ruhunda tərbiyə edilməsinin, hərbi intizamın möhkəmləndirilməsinin vacibliyini xüsusi qeyd edib.
Müdafiə naziri şəxsi heyətin təhlükəsizliyinin təmin edilməsi, intensiv döyüş hazırlığı səviyyəsinin artırılması üçün hərbi hissələrdə, əsasən azad edilmiş ərazilərdə yerləşən bölmələrdə keçiriləcək döyüş hazırlığı tədbirlərinin keyfiyyətinin yüksəldilməsinə xüsusi diqqət yetirilməsini tapşırıb.
Azad edilmiş ərazilərdə aparılan mühəndis-istehkam işləri və qoşunların mühəndis təminatı tədbirləri ilə maraqlanan Müdafiə naziri döyüş növbətçiliyinə cəlb edilən hərbi qulluqçuların sayıqlığının artırılması, həmçinin bölmələrin maddi-texniki təminat və təchizatının daha da yaxşılaşdırılması ilə bağlı komandir-rəis heyətinə konkret göstərişlər verib.
-
İlham Əliyev Almaniyada coşqu ilə qarşılandı - Video
...
-
İlham Əliyev həmkarına Qarabağ atı hədiyyə etdi - Fotolar
...
-
Prezidentlərin Ağdama səfərindən - Maraqlı fotolar
...
-
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldular - Fotolar
...
-
Prezident Japarovu Füzulidə qarşıladı - Fotolar
...
-
İlham Əliyevin forum iştirakçıları ilə səmimi söhbəti - Video
...
-
Prezident quru sərhədlərin bağlı qalmasının səbəbini açıqladı
...
-
Prezident COP29-la bağlı forumda iştirak edib - Video
...
-
İlham Əliyev Zelenskini COP29-a dəvət edib
...
-
İlham Əliyevlə Putinin BAM veteranları ilə görüşünün - Tam mətni
...