Binəqədi rayonu koronavirusa görə QAPADILIR ? -AÇIQLAMA
Məlumdur ki, ölkəmizdə koronavirusa görə statistik yoluxma göstəriciləri günbəgün azalmaqdadır. Bununla yanaşı, ölüm faziləri ya sabit qalır, ya da artım müşahidə olunur.
“Koronavirus.info”ya istinadla deyə bilərik ki, Bakı üzrə ən yüksək yoluxma göstərici Binəqədi rayonunda qeydə alınıb. Bu rayonda yoluxma Bakı şəhəri üzrə ümumi yoluxmanın 14,7 faizini təşkil edir.
Ardıcılığa uyğun olaraq daha sonrakı yerlərdə 12,7%-lə Xətai, 11,6%-lə Yasamal, 11,3%-lə Sabunçu, 8.3%-lə Nəsimi, 8,4%-lə Suraxanı, 8%-lə Nərimanov, 7,3%-lə Nizami, 6,3%-lə Qaradağ, 6,3%-lə Xəzər, 4,8%-lə Səbail, 0,3%-lə Pirallahı gəlir.
Bunu nəzərə alsaq, Binəqədi rayonunun qapadılması, xüsusi karantin rejiminin tətbiq edilməsi gündəmdə ola bilərmi?
Bununla bağlı AHİB üzvü, Dosent, Dr. Ədalət Rüstəm danışıb:
“Binəqədi şəhər rayonudur. Onun ayrıca qapadılması və təcrid edilməsini mümkünsüz hesab edirəm.
Bakı rayonları arasında yalnız Pirallahı rayonunun ayrılıqda qapadiımasi mümkündür.
Həmçinin “qırmızı zonaya” aid edilən istənilən kənd rayonu qapadıla bilər. Çünki əksər rayonlarımızın 1 girişi və 1 çıxışı var. Lakin Binəqədi rayonun icra strukturları OQ-ın tələbləri, karantin rejiminin qaydalarını sərtləşdirilməsi üçün daha ciddi rejimə keçilməlidir.
Bu rayonun ərazisində küçələrdə, bütün qapalı məkanlarda nəzarət-müşahidə və cəzalandırma proseslərini gücləndirməklə əlverişli nəticələr əldə etmək olar. İnsanlar arasında son günlərdə əks-epidemik qaydalara riayət edənlərin, xüsusilə maska taxanların artması son 15-20 gündə yoluxma göstəricisinin 4500-dən, bu gün 752-yə qədər enməsinə səbəb olub. Təkcə bu fakt maska taxılmasının əhəmiyyətli rolunu birmənalı təsdiq edir”.
-
Sabah Bakıda 29° isti olacaq
...
-
Tarixi dostluq və əməkdaşlıq
...
-
Məqsədyönlü təməl əsasında
...
-
Perspektiv əməkdaşlıq istiqaməti
...
-
Rusiya Azərbaycan münasibətləri dinamik inkişaf edir
...
-
Regional təhlükəsizliyin təminatı əsas şərtdir
...
-
Münasibətlərimiz sülhə və əminamanlığa xidmət edir
...
-
Səttar Möhbalıyev: “BAM-in ərsəyə gəlməsində Heydər Əliyevin bənzərsiz xidmətləri olub”
...
-
Onlar da Füzuliyə yola düşdülər - Fotolar
...
-
Bakıda Birinci Türk Dövlətləri Kardioloji Qurultayı keçirilir
...