Hülusi Akar: "Azərbaycan Ordusu torpaqları həqiqi sahiblərinə qovuşdurdu"
“Hər şey aydındır və birmənalıdır, Azərbaycan-Türkiyə qardaşlığı əbədidir, sarsılmazdır. Hər kəs bunu anlamalı, heç kim unutmamalıdır".
Bunu Türkiyənin milli müdafiə naziri Hülusi Akar Ağdamda yerləşəcək Qarabağda atəşkəsə nəzarət üçün Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzində xidmət edəcək türk hərbçilərlə görüşü zamanı deyib.
O, Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədərimiz kədərimizdir” deyimini yada salıb və Heydər Əliyevin "Biz bir millət, iki dövlətik” sözlərini xatırladıb: “Bu, dostluğumuzun və qardaşlığımızın mənasını təşkil edir”.
“Siz həqiqətən də Azərbaycanın azadlığı və müstəqilliyi, doğma torpaqlarının azadlığı üçün imanla dolu sinələrinizi sipər etdiniz. Əsgər marşında deyildiyi kimi "Azərbaycan əsgərləri geri dönməyəcək". Mübarizə davam etdi və hamı ölkə və bayrağı üçün canlarını qoydu və torpaqların təhlükəsizliyi üçün Azərbaycan Silahlı Qüvvələri tələbləri yerinə yetirdi və bu torpaqları həqiqi sahiblərinə qovuşdurdu”, - H.Akar vurğulayıb.
Nazir 44 günün Azərbaycan və türk tarixinə qızıl hərflərlə yazıldığını bildirib: "Ümid edirəm ki, bu 44 gündə qazanılan uğurlar 44 il və daha sonra da danışılacaq".
-
İlham Əliyev Almaniyada coşqu ilə qarşılandı - Video
...
-
İlham Əliyev həmkarına Qarabağ atı hədiyyə etdi - Fotolar
...
-
Prezidentlərin Ağdama səfərindən - Maraqlı fotolar
...
-
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldular - Fotolar
...
-
Prezident Japarovu Füzulidə qarşıladı - Fotolar
...
-
İlham Əliyevin forum iştirakçıları ilə səmimi söhbəti - Video
...
-
Prezident quru sərhədlərin bağlı qalmasının səbəbini açıqladı
...
-
Prezident COP29-la bağlı forumda iştirak edib - Video
...
-
İlham Əliyev Zelenskini COP29-a dəvət edib
...
-
İlham Əliyevlə Putinin BAM veteranları ilə görüşünün - Tam mətni
...