Növbəti 3 günün hava proqnozu açıqlandı
Yaxın 3 gün ərzində ölkə ərazisində mülayim hava şəraitinin davam edəcəyi gözlənilir. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, əsasən yağmursuz hava şəraiti olacaq. Səhər saatlarında bəzi dağlıq ərazilərdə duman gözlənilir. 5-10 m/s qərb küləyi əsəcək.
Aran rayonlarında havanın temperaturu gecə 1 dərəcə şaxtadan 3 dərəcəyə qədər isti, gündüz 10 dərəcəyə yaxın isti olacaq. Dağlıq rayonlarda gecə 5-7 dərəcə şaxta, gündüz isə 3-8 dərəcəyə qədər isti gözlənilir.
Bakı və Abşeron yarımadasında yanvarın 3-dən 4-nə keçən gecə bəzi yerlərdə çiskin olacaq, 5-10 m/s şimal-qərb küləyi əsəcək. Temperatur səhər saatlarında 5, axşama yaxın isə 10 dərəcə isti olacaq.
Qubadlı, Laçın, Şuşa, Kəlbəcər, Xocavənd, Xankəndi, Xocalı, Zəngilan rayonlarında hava yağmursuz keçəcək. Yanvarın 3-dən 6-dək qərb küləyi 5-10 m/s, bəzən 15 m/s olacaq. Havanın temperaturu gecə 5-6 dərəcəyə yaxın şaxta, gündüz isə 8 dərəcəyə yaxın isti olacaq.
-
Səttar Möhbalıyev: ”Azərbaycan və Belarus beynəlxalq müstəvidə bir-birinə qarşılıqlı dəstək göstərən dost ölkələrdir”
...
-
Şənbə günü də yağış yağacaq
...
-
Sabah leysan olacaq
...
-
Vüqar Əhmədov Şəkidə vətəndaşları qəbul etdi
...
-
Laçından - Yeni fotolar
...
-
Şimşək çaxacaq, leysan yağacaq
...
-
“Azərişıq” Gədəbəydə yenidənqurma işlərini davam etdirir - Video
...
-
Qəhrəmanlığın zirvəsi
...
-
Əziz Şuşa – bir tamaşa!
...
-
Şuşa təkcə şuşalılar üçün deyil, bütün azərbaycanlılar üçündür
...