"Neftçi" ispaniyalı məşqçinin keçidini açıqladı

12:04 05-01-2021 | icon 1912

"Neftçi” klubunun məşqçilər korpusuna yeni təyinat olub.

Əsas komandanın fiziki hazırlıq üzrə məşqçisi vəzifəsini Eduardo Karo yerinə yetirəcək.

28 yaşlı ispaniyalı mütəxəssislə mövsümün sonunadək müqavilə imzalanıb.

Qeyd edək ki, daha əvvəl İspaniyanın "Terrassa” (2015-2017), "Gava” (2017-2018), Səudiyyə Ərəbistanının "Əl-Hilal” U-23 (2018-2019) və Türkiyənin "Gənclərbirliyi” (2020) klublarında işləyən Karo 2019/2020-ci illər mövsümündə "Sumqayıt”ın fiziki hazırlıq üzrə məşqçisi olub.

 

Digər xəbərlər

0.21775484085083