Son sutkada 26 nəfər COVID-19-dan vəfat edib

02:09 07-01-2021 | icon 2098
Son sutkada 26 nəfər COVID-19-dan vəfat edib

Azərbaycanda son sutkada koronavirus infeksiyasına 799 yeni yoluxma faktı qeydə alınıb, 2 383 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Son sutkada 26 nəfər COVID-19-dan vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 222 200 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 201 596 nəfər müalicə olunaraq sağalıb, 2 818 nəfər vəfat edib. Hazırda 17 786 aktiv xəstə var.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9 364, bu günə qədər isə ümumilikdə 2 231 993 test icra olunub.

 

Digər xəbərlər

0.25633692741394