Yusif Babanlı: "Azərbaycanda yüksək intellektə malik, vətənpərvər, işini mükəmməl bilən gənclər ordusu formalaşıb"

13:35 09-01-2021 | icon 2267
Yusif Babanlı:
"Vətəninin milli-mədəni incilərini qorumaq və özünü bu keyfiyyətlərlə millətin başqa üzvləri ilə tanımaq, vətənin və öz xalqının marağını qorumaq da vətənpərvərlik keyfiyyətlərinə aiddir."
 
Bu fikirləri Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının prorektoru,
professor Yusif Babanlı özünün sosial şəbəkə hesabında bildirib. 
 
O, bildirib ki, vətənpərvərliyin kökündə min illər boyu yaşamış, möhkəmlənmiş, öz ana torpağına, dilinə və adət ənənələrinə bağlanmış dövlətçilik durur. Millətin və dövlətçiliyin formalaşması şəraitində vətənpərvərlik onun inkişafının ümummilli anlarını əks etdirən ictimai düşüncənin tərkib hissəsinə çevrilir.
 
 
"Dövlətimizin gənclər siyasətinin əsas məqsədi də məhz gənclərin dövlətin və cəmiyyətin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında iştirakını artırmaq, ölkənin gələcək inkişafında məsuliyyətini yüksəltməkdən ibarətdir. Cənab Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilən dövlət gənclər siyasəti bu gün gənclərin ölkə həyatının bütün sahələrindəki fəallığını daha da artırıb. Aparılan uğurlu siyasətin nəticəsidir ki, artıq Azərbaycan gəncliyi cəmiyyətin inkişafında fəal sosial təbəqəyə çevrilib. Ölkədə aparılan islahatlarda gənclərin önə çəkilməsi, idarəçilikdə onlara göstərilən etimad bir daha bunu sübut etdi ki, artıq Azərbaycanda yüksək intellektə malik, vətənpərvər, işini mükəmməl bilən gənclər ordusu formalaşıb."

Digər xəbərlər

0.23491787910461