“Həbsdə qalmağım şirkətimi iflas vəziyyətinə gətirdi”
Hazırda FETÖ terror təşkilatına üzv olmaqda ittiham edilən azərbaycanlı iş adamı Mübariz Mənsimovun məhkəməsi keçirilir.
Iş adamının köməkçisi Fidan Quliyeva 15 ilə qədər həbsi istənilən Mənsimovun məhkəmədə verdiyi ifadəni sosial şəbəkələrdə paylaşıb:
“Məni həbs etmək terror şəbəkəsinin çörəyinə yağ sürtməkdi. Men heç bir zaman FETÖ-çü olmadım, deyiləm, ola da bilmərəm! Azad olunmağımı istəyirəm! Heç bir zaman dövlətin iradəsinə zidd heç bir şey etmədim. Tam əksinə, bütün şirkətlərimi bağlayıb Türkiyəyə daşıdım. Mənim burda 10 ay qalmağım şirkətimi iflas durumuna gətirdi. O gəmilərdə qalan gəmiçilərin nə günahı var? Onlar maaş ala bilmir, ailələri pis vəziyyətdədir. Orada olan azərbaycanlı və türklərdi.
“Palmali”nin iflasa uğraması türk markasının yox olması deməkdir. Mənim şirkətim dünyada 5-ci sırada gedən şirkətlərdən biri idi. Bu bir Türk markası idi. Mən bir an öncə işimin başına keçməliyəm, cənab Hakim!
Mənə FETÖ damğasını kimsə vura bilməz. Mənim onlara necə nifrət etdiyimi hamı bilirdi. Mən o köpəklərə heç bir zaman xidmət etmədim, etmərəm də! Elə idisə, bu günə qədər məktəb, xəstəxanaları hansısa vəqfə və ya bu təşkilata hədiyyə edərdim. Mən hamısını inşa etdirdim və dövlətə təslim etdim”, - deyə M. Mənsimov ifadəsində bildirib.
-
Səttar Möhbalıyev: “Almaniya Azərbaycanın mühüm siyasi-iqtisadi tərəfdaşlarındandır”
...
-
Bazar günü 32° isti olacaq
...
-
Abşeron Rayon İcra Hakimiyyəti başçısı yanında Şura İclası keçirilib - FOTOLAR
...
-
Şənbə gününə 32° isti gözlənilir
...
-
İki qardaş xalqın münasibətləri yüksək səviyyədədir
...
-
Münasibətlərimizin tarixi zəngindir
...
-
İki ölkə arasında dövlətlərarası münasibətlər fəallaşır
...
-
Azərbaycan xalqı Çingiz Aytmatovla fəxr edir
...
-
Davamlı əməkdaşlığın əsas meyarı
...
-
Azərbaycan Qırğız Respublikası ilə münasibətlərə böyük önəm verir
...