Firdovsi Umudov şəhidin nəvəsinin müalicəsinə köməklik etdi - Video
DSX-nın polkovnik-leytenantı, Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Firdovsi Umudov Mingəçevirdən olan I Qarabağ döyüşlərində şəhid olmuş Mövsümov Vasifin nəvəsinin müalicəsinə köməklik göstərib.
Bu barədə şəhid oğlu Anar Mövsümov unikal.org-a danışıb:
“Mən ümumi müraciət etmişdim. Övladımın serebral iflicdən əziyyət çəkdiyini və maddi imkanlarımın az olduğunu demişdim.
Firdovsi müəllim mənim müraciətimi sosial şəbəkədə görüb, əlaqə saxladı. Bir vətəndaş olaraq dəstəyini göstərmək istədiyini dedi. Ona minnətdarlığımı bildirirəm. Bizə ən böyük yaxşılığı o etdi”.
Firdovsi Umudov şəhid ailəsi ilə danışarkən bu fikirləri bildirib:
“Dövlətimiz, prezident İlham Əliyev və ölkənin I vitse-prezidenti Mehriban xanım Əliyeva hər zaman şəhid ailələri və qaziləri xüsusi diqqətdə saxlayır. Dövlətimizin sosial siyasətinin mərkəzində duran ən əsas məsələlərdən biri də məhz bu istiqamətdə fəaliyyətin yüksək səviyyədə təşkil olumasıdır.
Biz də bir vətəndaş olaraq əlimizdən gələni əsirgəmirik. Şəhid ailələrinə, qazilərə dəstək olmaq hər bir Azərbaycan vətəndaşının borcudur”.
-
Abşeronda akademik Zərifə Əliyevanın xatirəsi anıldı - Fotolar
...
-
Səttar Möhbalıyev: “Almaniya Azərbaycanın mühüm siyasi-iqtisadi tərəfdaşlarındandır”
...
-
Bazar günü 32° isti olacaq
...
-
Abşeron Rayon İcra Hakimiyyəti başçısı yanında Şura İclası keçirilib - FOTOLAR
...
-
Şənbə gününə 32° isti gözlənilir
...
-
İki qardaş xalqın münasibətləri yüksək səviyyədədir
...
-
Münasibətlərimizin tarixi zəngindir
...
-
İki ölkə arasında dövlətlərarası münasibətlər fəallaşır
...
-
Azərbaycan xalqı Çingiz Aytmatovla fəxr edir
...
-
Davamlı əməkdaşlığın əsas meyarı
...