Günün ulduz falı: 14 yanvar, 2021 - təmaslarda, danışıqlarda, ünsiyyətdə təşəbbüskar olun
Dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.
Qoç - qızğın müzakirələrə və narahatlığa səbəb ola biləcək mühüm informasiya ala bilərsiniz. Günün ilk yarısı ətalətli olacaq. Bu vaxt mühüm məsələlərin həllini intensivləşdirməyin.
Buğa - birlik, qarşılıqlı dəstək qaçılmazdır. İşin tələbləri və ailə üzvlərinin istəkləri arasında qala bilərsiniz. Vədlər verməyin, yeni öhdəliklərlə razılaşmayın. Günü neytral mövqe tutaraq başa vurun.
Əkizlər - hadisələr bir qədər sadələşəcək, lakin olanları diqqətlə izləyin. İşlədiyiniz insanlar, tərəfdaşlar və ailə üzvləri ilə münasibətləri sərtləşdirməyin. Ümumi problemlər sizinlə yaxınlarınız arasındakı əlaqələri daha da sıxlaşdıracaq.
Xərçəng - rahatlıq, sakitlik üçün gərgin situasiyalardan qaçaraq problemlərin həllini sonraya saxlamayın. Əsassız və yaramaz tənqidi, kobudluğu, təhqiri kimsəyə bağışlamayın. Hadisələrin episentrində olsanız, soyuqqanlı davranın.
Şir - gələcəkdə perspektivlərin genişlənməsi ilə bağlı təklif və ya informasiya istisna deyil. Bəhs etdiyimiz təmayül axşam saatlarında daha konkret olacaq.
Qız - şəxsi həyatda anlaşılmazlıqla qarşılaşmamaq üçün hadisələri sürətləndirməyin. Gözləntilərinizə dəstək arayın. Arzularınızdan biri reallaşa bilər.
Tərəzi - ulduzlar bu gün sizə hamilik edəcək. Bir şərtlə ki, fərqli davranış və yeniliklərə hazır olasınız. İşin marağı xatirinə istənilən adamla dil tapmağa çalışın. İşlə bağlı məsələlərə maksimum diqqət ayırın.
Oxatan - yeni eksperimentlərə başlamayın, kimisə sınağa çəkməyin. Stabilliyinizə təhlükə yaradan mürəkkəb situasiyalarda çevik davranın. İnad və qətiyyətiniz, kiməsə boyun əymək niyyətində olmamağınız hər şeyi öz məcrasına qaytara bilər.
Oğlaq - təmaslarda, danışıqlarda, ünsiyyətdə təşəbbüskar olun. Yaxşı düşünülmüş, səbatlı özülə malik işlərdə uğur qazanacaqsınız. Günün ilk yarısı iş üçün rahat şərait yaradın, tələskənlik və ya münaqişələrə qarışmayın.
Dolça - orqanizm üçün təmizləmə prosedurları, pəhriz, fiziki iş xeyirlidir. Özünüzü soyuğa verməyin. İnfeksiyaya yoluxma riski böyükdür. Təmasları işgüzar əlaqələrlə məhdudlaşdırın. Əyləncə və romantik görüş üçün uğursuz gündür.
Balıqlar - dünənki gərgin hadisələrin nəticələri stabilləşəcək. Konstruktiv ideyalar yaranacaq, işin məhsuldarlığı artacaq. İş yerində qayda yaradın, tapşırıq və öhdəlikləri tam yerinə yetirin. Təmir, texnika və avadanlığın nöqsanlarının aradan qaldırılması üçün əlverişli gündür.(milli.az)
-
Abşeronda Heydər Əliyevlə bağlı tədbir keçirildi - Fotolar
...
-
Tələbələr arasında keçirilmiş müsabiqə-festivalın yekun konserti olub
...
-
Qələbə Gününün havası
...
-
AHİK tərəfindən 2023-cü ilin ən yaxşı müəssisələri mükafatlandırılıb
...
-
DSX-nın akademiyasında “Heydər Əliyev müasir Azərbaycan Respublikasının memarıdır” mövzusunda konfrans keçirilib
...
-
Heydər Əliyev Fondu - 20 il!
...
-
Sabah da yağış yağacaq
...
-
Sərhədçilər “Heydər zirvəsi”nə yürüş təşkil ediblər - VİDEO
...
-
Elçin Quliyev III Çarlzla bir arada - Fotolar
...
-
Professor İbrahim Cəfərovun “Bitki xəstəlikləri və onların idarə edilməsi” kitabı çap edilib - FOTO
...