Gənclər və İdman Nazirliyi Operativ Qərargaha üçüncü dəfə müraciət etdi
Gənclər və İdman Nazirliyi zallarının açılması üçün üçüncü dəfə Nazirlər Kabineti yanında Operativ Qərargaha təkliflər hazırlayaraq göndərib.
Bu barədə pauerliftinq üzrə Azərbaycan yığmasının üzvü Ramil Əhmədov məlumat verib.
Əhmədovun sözlərinə görə, bunu bir qrup idmançının müraciətinə cavab olaraq nazirliyin İdman şöbəsinin müdiri Fərid Mansurov onun özünə bildirib.
İdmançı deyib ki, nazirlik idman zallarının açılması üçün əlindən gələni edir: "Zalların açılması istəyi ilə videomüraciətimiz var idi. Bunu sosial şəbəkələrdə paylaşmışdıq. Artıq dünən idman rəsmiləri mənimlə əlaqə saxladılar, bildirdilər ki, Operativ Qərargaha öz təklif planlarını göndəriblər. Yəni, üçüncü təklif planı hazırlanıb. Yaxın vaxtlarda bu məsələyə yenidən baxılacaq. Nazirlikdən nə asılıdırsa, hamısını edir. Şəxsən Fərid Mansurov mənimlə əlaqə saxladı və bizim səsimizə səs verdi. Bildirdilər ki, sizi başa düşürük və idmançıların hazırkı durumunu da anlayırıq. Nazirlik olaraq tezliklə idman zallarının açılması üçün çalışdıqlarını vurğuladılar. 4-5 ay bundan öncə bu irəliləyiş yox idi, videomüraciətimiz sayəsində bizi eşitdilər və əlaqə saxladılar. Mənə rəsmən bildirdilər ki, əllərindən gələni edirlər. Dedilər ki, az qalıb, bir az da səbr edək. Məsələ tezliklə həllini tapacaq".
Əhmədov tanınmış idmançılardan kikboksinq üzrə 3 qat dünya və 3 qat Avropa çempionu Ramal Aslanovun və üç təkanla tullanma üzrə Avropa çempionu Nazim Babayevin onlara dəstək olduğunu söyləyib.
Qeyd edək ki, Azərbaycanda idman zalları 2020-ci ilin mart ayından fəaliyyət göstərmir.
-
Bodibildinq üzrə II muxtar respublika birinciliyi yekunlaşıb - FOTO
...
-
Peşəkar Çövkən Liqasına həsr olunmuş mətbuat konfransı keçirilib
...
-
Şəhriyar Məmmədov pessimizmə qapılmır
...
-
Klub rəhbəri: "Ən yaxşı oyunlarımızdan birini keçirdik"
...
-
Dövlət qurumlarının əməkdaşları arasında qolf yarışı keçirilib
...
-
Peşəkar Çövkən Liqasında 10 komanda mübarizə aparacaq
...
-
"Qəbələ" kimi şəraiti olan bölgə klubu var?"
...
-
Azərbaycan Premyer Liqasının son iki turunda əcnəbi hakimlər
...
-
AFFA lisenziya alan klubların adlarını açıqladı
...
-
Bilyard üzrə Azərbaycan çempionatının qalibləri bəlli olub
...