İşğaldan azad edilmiş ərazilərdə Prezidentin xüsusi nümayəndələri olacaq
Prezident İlham Əliyev "İşğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndələri haqqında" fərman imzalayıb.
Sənədə əsasən, işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəlikləri təsis edilib.
Sənəd işğaldan azad edilmiş ərazilərin dirçəlişi istiqamətində quruculuq, bərpa və yenidənqurma işlərinin sürətləndirilməsi, bu hədəfə nail olunmasında dövlət orqanlarının (qurumlarının) və digər təşkilatların əlaqələndirilmiş fəaliyyətinin gücləndirilməsi, habelə idarəetmədə çevikliyin və səmərəliliyin artırılması məqsədilə imzalanıb.
Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliklərinə Azərbaycan Respublikası Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən və birbaşa Azərbaycan Respublikasının Prezidentinə tabe olan Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndələri rəhbərlik edirlər.
Müəyyən edilib ki, xüsusi nümayəndə Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi ərazi hüdudlarında Azərbaycan Respublikasının Prezidentini təmsil edən vəzifəli şəxsdir; xüsusi nümayəndə Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi ərazi hüdudlarında Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi səlahiyyətləri həyata keçirir.
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəlikləri haqqında əsasnamənin layihəsini və xüsusi nümayəndəliklərin fəaliyyətinin təşkilinə dair təkliflərini on beş gün müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək, Nazirlər Kabinetinə bu Fərmandan irəli gələn məsələləri həll etmək tapşırılıb.
-
COP29-un Azərbaycanda keçirilməsi obyektiv zərurətdən doğur
...
-
Bərpaolunan enerjinin böyük gələcəyi vardır
...
-
Cənub Qaz Dəhlizi Avropa Birliyinin mənafeyinə xidmət edir
...
-
Azərbaycan öz sözünə həmişə sadiqdir
...
-
Biz gələcəyə nikbin nəzərlərlə baxırıq
...
-
“AŞPA-dakı çirkin kampaniya nümayəndə heyətimiz üçün dözülməz olub”
...
-
Prezident “Euronews”a müsahibə verib
...
-
Prezident “Gülüstan” sarayında iclasda çıxış etdi - Fotolar
...
-
“Avropa Şurasından tamamilə çıxmaq məsələsinə ciddi baxa bilərik”
...
-
Yeni ədliyyə naziri təyin edildi
...