UEFA prezidentinin AVRO-2020 ilə bağlı planı açıqlanıb
UEFA prezidenti Aleksander Çeferin AVRO-2020-nin bir ölkədə təşkili variantını nəzərdən keçirir.
Bu barədə Almaniyanın "Bavariya" klubunun prezidenti və UEFA prezidentinin müşaviri Karl-Haynts Rummenigge "Lequipe" nəşrinə açıqlamasında bildirib.
O bildirib ki, yekun qərar martın 5-dən tez verilməyəcək: "Bilirəm ki, Çeferin koronavirusla bağlı situasiyaya çox ciddi yanaşır, Avropa çempionatının bir ölkədə keçirilməsinin ağlabatan olub-olmayacağını düşünür. Bu zaman bütün lazımi tədbirlərə riayət olunacaq. Unutmayaq ki, çempionatın 12 ölkədə keçirilmək ideası pandemiyadan əvvəl ortaya çıxıb" - deyə Rummenigge vurğulayıb.
Qeyd edək ki, koronavirus pandemiyasına görə təxirə salınmış AVRO-2020-yə Bakı, Sankt-Peterburq, London, Münhen, Roma, Buxarest, Dublin, Kopenhagen, Bilbao, Qlazqo, Budapeşt və Amsterdam şəhərləri ev sahibliyi etməlidir. Turnirin oyunları iyunun 11-dən iyulun 11-dək təşkil olunacaq.
Bakı Olimpiya Stadionu A qrupunun İsveçrə - Uels, Türkiyə - Uels və Türkiyə - İsveçrə qarşılaşmalarına, eləcə də 1/4 final mərhələsinin 1 oyununa ev sahibliyi edəcək.
-
Bakı kənd və qəsəbələri arasında ll minifutbol turnirində 1/4 final mərhələsinin oyunları keçirilib
...
-
Azərbaycan çempionatında mövsümün rekordu
...
-
Avarçəkənimiz Paris-2024-ə lisenziya qazanıb
...
-
Daha bir cüdoçumuz Avropa çempionu oldu
...
-
"Reallıq odur ki, "Qarabağ" bir neçə baş üstündür: "Neftçi"dən çempionluq gözləmək absurd olardı"
...
-
FIFA prezidenti “Qarabağ”ı təbrik etdi
...
-
15 mindən çox iştirakçı Bakı Marafonuna qoşuldu
...
-
Ölkə idmanında növbəti tarixi uğur - Hidayət Heydərov 4 qat Avropa Çempionudur!
...
-
“Qarabağ” finalda meydan sahibi olacaq
...
-
Klub rəsmisi: "Gələn mövsüm iddiasız çıxış edəcəyik"
...