Yaponiya hökuməti Tokio Olimpiadasını ləğv etmək istəyir
Yaponiya hökuməti koronavirus pandemiyasına görə Tokio-2020 Yay Olimpiya Oyunlarının ləğv olunmasının zəruriliyi barədə qərar çıxarıb.
Bu barədə “The Times” bildirib.
KİV-in məlumatına görə, indi ölkə rəhbərliyi Tokionun yenidən ev sahibliyi etmə ehtimalını qoruyaraq oyunların ləğv olunduğunu elan etmək üçün bir yol axtarır.
"Heç kim bunu birinci elan etmək istəmir, amma hamı (Olimpiadanı keçirməyin-red) çox çətin olacağı ilə razıdır. Mən düşünmürəm ki, bu olacaq”, - vəziyyətlə yaxın olan mənbə bildirib.
Yaponiyada Tokio-2020 Yay Olimpiya Oyunları ötən ilin yayında keçirilməli idi, ancaq koronavirus pandemiyasına görə oyunlar 2021-ci ilin yayına təxirə salınıb. Qeyd edək ki, bir neçə gün əvvəl ölkənin yarışı keçirmək niyyətində olduğu bildirilib. Hökumətin sözçüsü Katsunobu Kato deyib ki, pandemiyaya baxmayaraq, Yaponiya Tokio-2020 Yay Olimpiya Oyunlarını nəzərdə tutulan qrafik əsasında keçirmək niyyətindədir.
-
"Araz Saatlının" baş məşqçisi: "Vəziyyətimiz ağırdı"
...
-
Rüstəm Əhmədzadə: "Sona qədər mübarizə aparacağıq"
...
-
3x3 qadın millimiz "Paris-2024" Olimpiadasında - Tarixi uğur
...
-
Gəncə MDB-nin idman paytaxtı olacaq
...
-
Qadın millimizdən "Paris-2024" yolunda uğurlu start
...
-
Dadaş Dadaşbəyli Dünya Kubokunda 3 gümüş medal qazanıb
...
-
Gəncə şəhər stadionunun təməli qoyuldu - Fotolar
...
-
Avropa çempionatında möhtəşəm nəticə
...
-
"Komandama güvənirəm"
...
-
Maqsud Adıgözəlovun “uğur hekayəsi”nin arxasında kim dayanır?
...