Azərbaycan - Slovakiya qarşılaşması qapalı olacaq

00:48 23-01-2021 | icon 2594
Azərbaycan - Slovakiya qarşılaşması qapalı olacaq

Futzal üzrə Avropa çempionatının seçmə qrup mərhələsinin Azərbaycan – Slovakiya oyunu qapalı keçiriləcək.

Koronavirus pandemiyası ilə əlaqədar Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələri, oyunun qapalı məkanda keçiriləcəyi nəzərə alınaraq, görüşə KİV nümayənləri və azarkeşlər buraxılmayacaq.

Saat 18:00-da start götürəcək matçı CBC Sport telekanalının canlı yayımlayacağı gözlənilir.

Qeyd edək ki, qarşılaşma yanvarın 29-da Bakı İdman Sarayında gerçəkləşəcək.


Digər xəbərlər

0.26767301559448