"Sumqayıt" "Keşlə"ni məğlub etdi

00:53 23-01-2021 | icon 2213

Futbol üzrə Azərbaycan Premyer Liqasında XIV tura yekun vurulub.

II dövrənin sonuncu matçında "Keşlə" "Sumqayıt"ı qəbul edib.

"ASK Arena"dakı qarşılaşma qonaq komandanın 1:0 hesablı qələbəsi ilə başa çatıb. 3-cü dəqiqədə Tellur Mütəllimov paytaxt təmsilçisini məyus edib.

"Keşlə" 38-ci dəqiqədə azlıqda qalıb. Elçin Mustafayev birbaşa qırmızı vərəqə alaraq meydandan qovulub.

59-cu dəqiqədə isə "Sumqayıt"ın yeni transferi Höccət Haqverdi zədələnib. 28 yaşlı müdafiəçinin yerinə meydana Elvin Bədəlov daxil olub.

"Sumqayıt" qələbə sayəsində xallarının sayını 19-a çatdırıb və 4-cü pillədəki mövqeyini möhkəmləndirib. "Keşlə" isə 13 xalla 7-ci sıradadır.

Qeyd edək ki, turun ilk 3 oyununda "Zirə" evdə Qəbələ"ni 2:0, "Neftçi" səfərdə "Səbail"i 3:1, "Qarabağ" isə "Sabah"ı 2:1 hesabı ilə məğlubiyyətə uğradıb.


Digər xəbərlər

0.26156497001648