Gimnastika Federasiyasında baş katib vəzifəsinə təyinat oldu

00:14 26-01-2021 | icon 2316
Gimnastika Federasiyasında baş katib vəzifəsinə təyinat oldu

Nurlana Məmmədzadə yenidən Azərbaycan Gimnastika Federasiyasının (AGF) baş katibi vəzifəsinə təyin olunub.

Bu barədə AGF-in İcra Komitəsinin sayca 37-ci iclasında qərar qəbul olunub.

Federasiyanın İntizam Komitəsinin üzvləri Nazim Rəcəbov və Aytac Qasımova müvafiq olaraq həmin komissiyanın sədri və üzvlüyünə yenidən təyinat alıblar. Namiq Əliyevin isə ilk dəfə olaraq həmin komissiyanın üzvü olması qərara alınıb.

Elşad Nərimanov AGF-nin Veteranlar Şurasının sədri seçilib. Uzun illər həmin şuranın sədri olmuş Arif Quliyev isə fəxri prezident seçilib.


Digər xəbərlər

0.24360299110413