e-Milli Liqanın ikinci mövsümü start götürür

02:59 27-01-2021 | icon 1685
e-Milli Liqanın ikinci mövsümü start götürür

e-Milli Liqanın ikinci mövsümü EML Pro liqası və EML Open turniri olmaqla iki
layihədən ibarətdir.


AFFA bayrağı altında təşkil olunacaq EML Pro liqasında futbol üzrə Azərbaycan
Premyer Liqası, Birinci Divizion, Region Liqası və digər liqalarda çıxış edən peşəkar
futbol klublarının kiber komandaları, eləcə də ilk mövsümdə yüksək nəticə göstərən
komandalar mübarizə aparacaq. Bundan əlavə, Peşəkar Futbol Liqası ilə əməkdaşlıq
çərçivəsində Premyer Liqa klublarında çıxış edən futbolçular fərdi olaraq bir-birilərinə
qarşı kiber futbolda qüvvələrini sınayacaqlar. EML Pro liqasında 15 komanda
yarışacaq.


“Sport Marketing Group” şirkətinin öz qlobal kommersiya layihəsi olan EML Open
turniri müstəqil olaraq təşkil olunur. 26 yanvarda start götürən turnir müəyyən
olunmuş texniki şərtləri qarşılayan istənilən müraciətçi üçün açıq idi. EML Open
turnirində 10 Azərbaycan komandası ilə yanaşı Yunanıstan, Bosniya və Herseqovina,
İsrail, Niderland, Serbiya, Livan, Ukrayna, Avstriya və Rusiyadan olan 11 komanda da
iştirak edəcək. Bu isə yerli e-sport oyunçularının beynəlxalq təcrübə qazanmasına və
EML brendinin qlobal səviyyədə məşhurlaşmasına şərait yaradacaq.


EML qaliblərinə turnirin sponsoru Coca-Cola və təşkilatçılar tərəfindən hədiyyələr,
kubok, eləcə də pul mükafatı təqdim ediləcək. Oyunlar layihənin sosial media
hesablarında, eləcə də media tərəfdaş CBC Sport-un efirində yayımlanacaq.


22 yanvar tarixində baş tutan püşkatma mərasimindən sonra komandaların qruplar
üzrə səpələnməsi, liqanın formatı, mükafat fondu və digər məlumatları eml.az
saytından əldə edə bilərsiniz.


Digər xəbərlər

0.25160908699036