Bu məhsulların aksiz dərəcələri 11 dəfə artırılır
Elektron siqaretlər üçün maye və tütündən hazırlanan siqaretlər və onun əvəzedicilərinə tətbiq edilən aksiz dərəcələrinin artırılması təklif edilir.
Vergi Məcəlləsinə təklif edilən dəyişikliyə görə, elektron siqaretlər üçün mayenin hər litrinə tətbiq edilən aksiz dərəcəsi 20 manatdan 220 manata, tütündən hazırlanan siqaretlər və onun əvəzedicilərinin hər 1000 ədədinə tətbiq edilən 31 manat aksiz dərəcəsi 35 manata qaldırılacaq.
Həmçinin, məcəlləyə iki yeni məhsulun aksiz dərəcəsinə cəlb edilməsi təklif edilir. Bunlar qəlyan üçün tütünlər və istehsal məqsədli tütünlər istisna olmaqla, digər çəkməli tütünlər, “homogenləşdirilmiş” və ya “bərpa edilmiş” tütünlər, çeynənilən və ya buruna çəkilən tütünlər – hər kiloqramına 30 manat və qızdırılma nəticəsində istehlak edilən (buxar) tütün və tütün məhsulları – 1000 ədədinə 12,9 manat aksiz dərəcəsinin tətbiq edilməsi təklif olunur.
Sözügedən dəyişikliklər Milli Məclisin komitə iclasında müzakirə ediləcək.
-
“Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi
...
-
Neftimizin qiyməti 88 dollara düşdü
...
-
“Yelo Bank” birinci rübü 14 milyon manat xalis mənfəətlə yekunlaşdırıb
...
-
Neftimizin qiyməti 92 dollara düşdü
...
-
Azərbaycanın ticarət etdiyi ölkələrin - Siyahısı
...
-
COP29 Bakı Olimpiya Stadionunda keçiriləcək
...
-
Nar-dan xüsusi təklif - 10%-dək endirimlə smartfon!
...
-
Azərbaycanda orta aylıq əməkhaqqı 950 manata çatır
...
-
“E-taksi” sistemi yaradıldı - Bu sürücülər cərimələnəcək
...
-
“Yelo kartlar”ı ilə ölkədaxili bütün kartlara pulsuz köçürmələr
...