Azərbaycan Kuboku: 1/4 final mərhələsinin proqramı açıqlandı

03:58 27-01-2021 | icon 2520
Azərbaycan Kuboku: 1/4 final mərhələsinin proqramı açıqlandı

Futbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsinin ilk görüşlərinin oyun cədvəli müəyyənləşib.

Iki günü əhatə edəcək qarşılaşmalar “CBC Sport” kanalı vasitəsilə canlı yayımlanacaq.

1/4 finalın ilk matçında "Sumqayıt" "Səbail"i qəbul edəcək. Həmin gün "Qarabağ" - "Qəbələ" görüşü də baş tutacaq. Bu mərhələnin ilk oyunlarına fevralın 2-də “Keşlə” – “Kəpəz, və “Neftçi” – “Zirə” qarşılaşmaları ilə yekun vurulacaq.

1 fevral (bazar ertəsi)

16:00. “Sumqayıt” – “Səbail”
“Kapital Bank Arena”

18:00. “Qarabağ” – “Qəbələ”
Tofiq Bəhramov adına Respublika Stadionu

2 fevral (çərşənbə axşamı)

16:00. “Keşlə” – “Kəpəz”
“ASK Arena”

18:00. “Neftçi” – “Zirə”
“Bakcell Arena”

Qeyd edək ki, 1/4 finalın cavab oyunları 7-8 fevralda təşkil ediləcək.

 

Azərbaycan Kubokununda ¼ final mərhələsinin cavab oyunlarının da təqvimi müəyyənləşib.

6 fevral (şənbə)


18:00. “Səbail” – “Sumqayıt”
“ASCO Arena”

15:00. “Qəbələ” – “Qarabağ”
Qəbələ şəhər stadionu

7 fevral (bazar)

14:30. “Кəpəz” – “Keşlə”
Gəncə şəhər stadionu

17:30. “Zirə” – “Neftçi”
Zirə İdman Komleksinin stadionu


Digər xəbərlər

0.19737696647644