Azərbaycanın Tokio-2020 ilə bağlı mövqeyi açıqlandı
Milli Olimpiya komitələri və idmançılar Tokio Yay Olimpiya və Paralimpiya Oyunlarının öz vaxtında keçiriləcəyinə tam əmindirlər.
Bu barədə Beynəlxalq Olimpiya Komitəsinin (IOC) prezidenti Tomas Bax açıqlama verib. Almaniyalı funksioner iyulun 23-də başlanacaq Oyunların uğurlu təşkilinə inam ifadə edib. O, özü kimi bütün 206 Milli Olimpiya Komitəsi, beynəlxalq federasiyalar və idmançıların da eyni fikirdə olduqlarını vurğulayıb.
Bax "Tokio-2020"nin yayda keçirilməsinin mümkünsüzlüyünə dair xəbərlərə tənqidi yanaşıb. Onun fikrincə, bütün şayiələr olimpiadaya məhdud şərtlər altında hazırlaşan idmançılara mənfi təsir edir: "Hazırda ləğv, B planı barədə çoxlu spekulyasiya ortaya çıxıb. Hətta Oyunların başqa şəhərə və 2032-ci ilə təxirə salınacağına dair məlumatlar var. Nə deyim? Uğurlar. Bunu Oyunlara hazırlaşan idmançılarla müzakirə etməyi sınaqdan çıxarın".
IOC prezidentinin fikrincə, olimpiadanın təşkilinin nə qədər çətin olduğunu bilənlər bunun qısa müddətdə gerçəkləşməsinin mümkünsüzlüyünü anlamalıdır: "Biz Oyunların təşkil olunub-olunmayacağına dair söz-söhbətlər aparmırıq, necə keçiriləcəyi üzərində düşünürük".
Qeyd edək ki, Tokio Yay Olimpiya Oyunları 2020-ci il 24 iyul - 9 avqustda keçirilməli idi. Lakin koronavirus pandemiyası üzündən olimpiada bu il 23 iyul - 8 avqusta təxirə salınıb. Yay Paralimpiya Oyunları isə 24 avqust - 5 sentyabrda gerçəkləşməlidir.
-
Avarçəkənimiz Paris-2024-ə lisenziya qazanıb
...
-
Daha bir cüdoçumuz Avropa çempionu oldu
...
-
"Reallıq odur ki, "Qarabağ" bir neçə baş üstündür: "Neftçi"dən çempionluq gözləmək absurd olardı"
...
-
FIFA prezidenti “Qarabağ”ı təbrik etdi
...
-
15 mindən çox iştirakçı Bakı Marafonuna qoşuldu
...
-
Ölkə idmanında növbəti tarixi uğur - Hidayət Heydərov 4 qat Avropa Çempionudur!
...
-
“Qarabağ” finalda meydan sahibi olacaq
...
-
Klub rəsmisi: "Gələn mövsüm iddiasız çıxış edəcəyik"
...
-
Azərbaycanlı avarçəkən Türkiyədə iki medal qazandı - Video
...
-
Bakıdakı o görüşün hakimləri cəzalandırıldı - Video
...