AVRO-2023: Millimizin rəqibləri bəlli oldu

16:40 28-01-2021 | icon 2001
AVRO-2023: Millimizin rəqibləri bəlli oldu

21 yaşadək futbolçulardan ibarət milli komandalar arasında 2023-cü ildə Rumıniya və Gürcüstanda təşkil olunacaq Avropa çempionatının seçmə mərhələsinin püşkü atılıb.

İsveçrənin Nyon şəhərində onlayn formatda təşkil olunan tədbirdə Azərbaycan yığmasının da rəqibləri müəyyənləşib.

Milan Obradoviçin başçılıq etdiyi komanda Xorvatiya, Avstriya, Norveç, Finlandiya və Estoniya seçmələri ilə birlikdə A qrupunda mübarizə aparacaq.

A qrupu: Xorvatiya, Avstriya, Norveç, Finlandiya, Azərbaycan, Estoniya

B qrupu: Almaniya, Polşa, İsrail, Macarıstan, Latviya, San Marino

C qrupu: İspaniya, Rusiya, Slovakiya, Şimali irlandiya, Litva, Malta

D qrupu: Portuqaliya, Yunanıstan, İslandiya, Belarus, Kipr, Lixtenşteyn

E qrupu: Niderland, İsveçrə, Bolqarıstan, Uels, Moldova, Cəbəllütariq

F qrupu: İtaliya, İsveç, İrlandiya, Bosniya və Herseqovina, Monteneqro, Lüksemburq

G qrupu: İngiltərə, Çexiya, Sloveniya, Albaniya, Kosovo, Andorra

H qrupu: Fransa, Serbiya, Ukrayna, Şimali Makedoniya, Farer adaları, Ermənistan

I qrupu: Danimarka, Belçika, Türkiyə, Şotlandiya, Qazaxıstan

Seçmə mərhələnin oyunları bu ilin martında başlayacaq və 2022-ci ilin iyununda başa çatacaq.

Qeyd edək ki, Azərbaycan yığması AVRO-2021-in seçmə mərhələsinin 2-ci qrupunu 6 xalla 6 komanda arasında 5-ci pillədə bitirib.


Digər xəbərlər

0.25444316864014