Rasim Məmmədov saxlanıldı - DTX əməliyyat keçirdi

15:33 29-01-2021 | icon 2144
Rasim Məmmədov saxlanıldı - DTX əməliyyat keçirdi

“Baku Steel Company” şirkətinin rəhbəri Rasim Məmmədov saxlanılıb.

R.Məmmədov Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində tutulub.

Onun maliyyə maxinasiyası və yeyintidə ittiham edildiyi bildirilir. İş adamı barəsində yaxın zamanda məhkəmənin həbs qətimkan tədbiri seçməsi gözlənilir.

R.Məmmədov AMEA-nın prezidenti Ramiz Mehdiyevə yaxınlığı ilə tanınıb. O, R.Mehdiyevin oğlu Teymur Mehdiyevlə yaxın dost olub.


Digər xəbərlər

0.2547869682312