AFFA-nın gəlir və xərcləri açıqlandı

15:34 29-01-2021 | icon 2256
AFFA-nın gəlir və xərcləri açıqlandı

AFFA-nın 2020-ci ildəki gəlir və xərcləri açıqlanıb. Cəmi gəlirlər 22 milyon 803 min 52 manat təşkil edib.

Məbləğin 11 milyon 400 min manatı SOCAR-dan, 4 milyon 319 min 140 manatı UEFA-dan, 3 milyon 814 min 638 manatı əsas yığmanın yayım hüququndan, 2 milyon 634 min 803 manatı FIFA-dan, 94 min 400 manatı “Coco cola”dan, 63 min 400 manatı UNİCEF-dən, 187 min 322 “Paşa Sığorta”dan, 125 min 636 manatı “Procter & Gamble”dən daxil olub. Digər gəlirlər isə 163 min 713 manatdır.

Qurumun cəmi əsas fəaliyyət xərcləri isə 17 milyon 554 min 722 manat təşkil edib. Beləliklə, əsas fəaliyyət xərclərindən sonra qalıq 5 milyon 248 min 330 manatdır.

2020-ci il hesabat dövründə AFFA-nın fəaliyyət xərcləri müəyyənləşib. Milli yığma komandalara 9 milyon 905 min 833 manat xərclənib.

Əmək haqqı və ezamiyyə xərcləri 2 milyon 399 min 145 manat təşkil edibsə, qızlar və oğlanlardan ibarət U-10-dan başlayaraq, U-19-a qədər liqaların təşkili və turnirlərin keçirilməsinə 556 min 215 manat, hakimlər və Hakim-İnspektorlara 1 milyon 271 min 742 manat sərf olunub.

688 min 322 manat təsərrüfat xərclərinə, 448 min 391 manat oyunların təşkilinə, 187 min 650 manat aviabilet və hotel xərclərinə, 200 min 166 manat nəqliyyat xərclərinə, 136 min 122 manat kommunal və rabitə xərclərinə, 76 min 659 manat təhsilə, 209 min 810 manat marketinq və sponsorluq departamentinə, 230 min 6 manat "Elit Məşq" Layihəsinə, 110 min 927 manat "Futbol Dərsi" Layihəsinə ayrılıb, 468 min 572 manat "COVID -19" Pandemiyasının təsiri ilə əlaqədar yaranan xərcləri əhatə edib. Digər xərclər isə 665 min 162 manatdır.

Beləliklə, cəmi xərclər 17 milyon 754 min 722 manat olub. Burada yeni investisiyalar və infrastruktura aid xərclər nəzərdə tutulmayıb. Dövlət büdcəsinə 1 milyon 535 min 724 manat vergi ödənilib. Xərclərə Dövlət Sosial Müdafiə Fonduna aid olan ayırmalar, Azərbaycan klublarının Çempionlar Liqası və Avropa Liqası oyunlarına təyinat alan UEFA nümayəndələrinin, hakim və hakim inspektorların qarşılanması xərcləri də daxildir.

AFFA-nın 2020-ci ildəki infrastruktur xərcləri də açıqlanıb. Bu göstəricilər bu gün keçirilən Hesabat Konfransında açıqlanıb.

Qurum il ərzində infrastruktura 2 milyon 944 min 588 min xərcləyib. Bakı Olimpiya Stadionuna 342 min, “Dalğa Arena”ya 662 min 252, Bayıl Stadionu və Akademiyasına 351 min 340 manat, Təlim Məşq Mərkəzinə 274 min 178 manat, Futbol Akademiyasına 206 min 871 manat xərclənib.

86 min 835 min manat Binə Stadionuna, 87 min 216 manat Ağsu Stadionuna, 138 min 802 manat “Bakcell Arena”ya ayrılıb. Digər stadionlar və məşq meydançalarına 795 min 94 manat xərclənib.


Digər xəbərlər

0.26485800743103