Azərbaycanda Kino Agentliyi yaradılacaq - Nazir açıqladı

23:03 29-01-2021 | icon 2328
Azərbaycanda Kino Agentliyi yaradılacaq - Nazir açıqladı

Azərbaycanda Kino Agentliyi yaradılacaq.

Bunu REAL-a açıqlamasında mədəniyyət naziri Anar Kərimov bildirib.

 

Nazir qeyd edib ki, Kino Agentliyinin yaradılmasında əsas məqsəd kino sənayesində müasir tələblərə cavab verən şərait yaratmaqdır.

Həmçinin, bu sahəyə investisiyaların, sərmayələrin cəlb olunması, xarici investorları kino sənayemizə cəlb etmək və bununla da Azərbaycan kinosunun inkişafına nail olmaq hədəflənir.

 

 
 
 

Digər xəbərlər

0.24376392364502