Namiq Tarverdiyev: "Azərbaycan gəncləri Ulu Öndər Heydər Əliyevin ideyalarına həmişə sadiqdirlər"

17:14 03-02-2021 | icon 2000
Namiq Tarverdiyev:

"Müstəqil Azərbaycan Respublikası gənclərinin birinci forumundan 25 il keçir. Xalqımızın ümummilli lideri Heydər Əliyevin forumdakı tarixi nitqi ilə dövlətimizin yeni gənclər siyasətinin əsası qoyulmuş və bu istiqamətdə fəaliyyətin məzmun, forma və metodları müəyyənləşdirilmişdir. Ötən 25 il ərzində Azərbaycan gəncliyi həqiqətən mütəşəkkil qüvvəyə çevrilmiş, ölkənin ictimai-siyasi, iqtisadi və mədəni həyatında daha fəallıq göstərmişdir."


Bu sözləri saytımıza açıqlamasında Binəqədi rayon Gənclər və İdman İdarəsinin Rəisi Namiq Tarverdiyev deyib.

O bildirib ki, 1997-ci ildə Ulu Öndərimizin "2 fevral - Azərbaycan gəncləri gününün elan edilməsi haqqında" Sərəncamı nəinki gənclərin, eləcə də bütün ölkə vətəndaşlarının böyük ruh yüksəkliyinə səbəb olmuşdur.


"Bu gün Azərbaycanda həm mənəvi, həm də fiziki cəhətdən sağlam gənclər yetişir. Onlar elm, mədəniyyət, səhiyyə, sənaye və digər sahələrdə uğurlu nailiyyətlər əldə edir, mötəbər idman yarışlarında, olimpiya oyunlarında ölkəmizin şərəfini qoruyaraq Azərbaycan Bayrağını yüksəklərə qaldırırlar.

Azərbaycan Respublikasının təhlükəsizliyini və müdafiəsini təmin etmək kimi müqəddəs vəzifəni yerinə yetirən Silahlı Qüvvələrimizin sıralarında xidmət edən hərbi qulluqçuların əksəriyyəti gənclərdir.

Onlar Ulu Öndər Heydər Əliyevin ideyalarına həmişə sadiqdirlər, Vətən, xalq, dövlət qarşısında əsgəri borclarını şərəflə yerinə yetirirlər.

Gənclərimiz  ölkə rəhbərliyinin daimi diqqət və qayğısı ilə əhatə olunub.

Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev sizin xidmətlərinizi yüksək qiymətləndirərək demişdir: "Orduda xidmət edən gənclər bizim dəyərli vətəndaşlarımızdır. Onlar Vətəni qoruyurlar, düşmənlə üzbəüz mövqedə dayanırlar. Azərbaycanın müstəqilliyini qoruyur və möhkəmləndirirlər".

Xalqımız sizə inanır, siz isə bu inamı, bu etimadı layiqli xidmətinizlə doğruldursunuz.
İnanıram ki, siz Ulu Öndər Heydər Əliyevin Azərbaycan gəncliyinə ünvanlanan bu kəlamlarını heç vaxt unutmayacaqsınız: "Sizin ən ümdə vəzifəniz Vətənə, ölkəmizə, doğma torpağımıza daim sədaqətli olmaqdır. Heç bir gənc bunu heç vaxt unutmamalıdır. Vətənə, xalqına, ölkəsinə, dövlətinə sədaqət hər bir gənci daim yaşadacaq və ona cəmiyyətdə özünə layiq, özü istədiyi yeri tutmağa imkan verəcəkdir".

Sizi 2 fevral - Azərbaycan gəncləri günü münasibətilə təbrik edir və hər birinizə ən səmimi arzularımı bildirirəm".


Digər xəbərlər

0.32365584373474