Yevlaxda "2 fevral-Gənclər Günü" qeyd edildi
Yevlax Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Yeni Azərbaycan Partiyası Yevlax rayon təşkilatı Yevlax şəhər Gənclər və İdman İdarəsi və Gənclər evi Sosial Xidmət Müəssisəsi ilə birlikdə 2 Fevral Gənclər Günü münasibəti ilə videokonfrans keçirilmişdir.
Videokonfransı giriş sözü ilə Yevlax şəhər İcra Hakimiyyəti başçısının müavini, YAP Yevlax rayon təşkilatının sədr müavini Elnarə Əzizova açaraq Gənclər Günü münasibəti ilə gəncləri təbrik etmiş, əsası Ulu öndər tərəfindən qoyulmuş və bu gün cənab Cənab Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilən gənclər siyasətindən danışmış, rayonda gənclərin inkişafı üçün yaradılan şəraitdan bəhs edən geniş məruzə ilə çıxış etmişdir. Sonra çıxış üçün söz alan Yevlax şəhər Gənclər və İdman İdarəsinin rəisi Binyamin Musayev, YAP Yevlax rayon təşkilatının aparat rəhbəri Rafiq Əliyev, “Gənclər evi “sosial xidmət müəssisəsinin direktoru Elgün Əzizov, Gənclərin Karyera və İnkişaf Mərkəzinin direktoru Elvin Əjdərli, YAP Yevlax rayon təşkilatı Gənclər Birliyinin sədri Maqsud Süleymanlı ölkəmizdə uğurla davam etdirilən gənclər siyasətindən danışmış, Gənclərin inkişafı, idamanın kütləviliyi istiqamətindən rayonda görülmüş işlərdən, əldə edilmiş uğurlardan bəhs etmişlər.
Sonda Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev tərəfindən rayonun ictimai siyasi həyatında fərqlənən, işlərində nailiyyətlər əldə edən bir qrup gənc karantin rejimi qaydalarına uyğun olaraq Fəxri Fərman və hədiyyələrlə təltif edilmişdir.
-
Heydər Əliyev Fondunun 20 illiyinə həsr olunan konsert keçiriləcək
...
-
Azərbaycanda ilk dəfə Milli Xalça Festivalı keçiriləcək
...
-
"CineMastercard"da “Qeyri-Centlmen İşlər Nazirliyi” filminin premyeradan öncə nümayişi keçirilib - FOTOLAR
...
-
Nazirdən Nəzrinlə Mərdana toy hədiyyəsi - Foto
...
-
“Yeddi oğul istərəm” filminin aktyorları 54 ildən sonra bir arada - Video
...
-
Sumqayıtda mərhum rejissor Rövşən Almuradlının 70 illik yubileyi qeyd edildi - FOTOLAR
...
-
Cavanşir Məmmədov vəfat etdi
...
-
Qorqudun Avroviziya 2024 mahnısının təqdimatı keçirildi - VİDEO
...
-
Azərbaycanda “Arap Kadri” Türk komediyasının nümayişi başlayır
...
-
Azərbaycanın səslərini Aysel açıqlayacaq
...