DÇ-2022 azarkeşli olacaq

13:34 02-02-2021 | icon 2385
DÇ-2022 azarkeşli olacaq

2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatını azarkeşlər stadiondan izləyə biləcək.

Bu barədə FİFA-nın prezidenti Canni İnfantino açıqlama verib.

50 yaşlı funksioner DÇ-2022-də stadionların azarkeşlərlə tam dolu olacağını bildirib.

DÇ-2022 gələn il 21 noyabr-18 dekabrda Qətərin 7 şəhərində – Doha, Lusail, Əl-Vakra, Əl-Hor, Əl-Rayan, Umm-Salal və Mədinət əş-Şamalda təşkil olunacaq.

 

 
 
 

Digər xəbərlər

0.20939803123474