Könül Nurullayeva: “Azərbaycanın pandemiya siyasəti nümunədir”
"COVID-lə bağlı dünyanın mənzərəsi günbəgün dəyişir. Dövlətlərin pandemiya ilə mübarizə strategiyasında da fərqli yanaşmalar müşahidə olunmaqdadır".
Bunu Milli Məclisin deputatı Könül Nurullayeva deyib.
Onun sözlərinə görə, xüsusilə vaksinləşmənin başlaması ilə faktiki pandemiya ilə mübarizədə də yeni mərhələ başlayıb: "Amma, təəssüf ki, vaksin bölgüsündə ədalətsiz yanaşmalar müşahidə edirik. Azərbaycanın ilk gündən COVID-lə mübarizə ilə bağlı mövqeyi belə olub ki, burada ayrı-seçkilik, özünə qapanma birmənalı şəkildə qəbul olunmur. Sosial həmrəylik ön planda olmalıdır. Azərbaycan virusla mübarizədə ilk günlərdən qabaqlayıcı tədbirlər görməklə vəziyyətin nəzarətdə saxlanmasına nail olub. Modul tipli xəstəxanaların ölkəyə gətirilməsi, laboratoriya sayının 42-yə çatdırılması, Cənubi Qafqazda ilk olaraq vaksinasiya işlərinə məhz bizim ölkəmizdə başlanması koronavirusla mübarizənin “Azərbaycan modeli”nin əsas üstünlükləridir. Təsadüfi deyil ki, ÜST başda olmaqla əksər beynəlxalq təşkilatlar Azərbaycanın pandemiya siyasətini nümunə kimi qiymətləndirir".
"Üstəlik, Azərbaycan bu məsələdə sosial həmrəylik prinsipindən çıxış edərək 30-dan çox ölkəyə maliyyə və humanitar yardım göstərdi. Beynəlxalq təşkilatlara, o cümlədən ÜST-ə 10 milyon dollar məbləğində könüllü ianə verdi. Pandemiya problemini beynəlxalq müzakirəyə də ilk çıxaran Azərbaycan Prezidenti oldu. Türk Şurasının və Qoşulmama Hərəkatının Zirvə görüşünü, BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsini, COVID-19 ilə mübarizədə üzv dövlətlərin humanitar, tibbi ehtiyac və tələblərinə dair məlumat bazasının yaradılması üçün işçi qrupun təsis edilməsini xüsusi vurğulamalıyıq. Yəni Azərbaycan ilk gündən bu məsələyə qlobal miqyasda sosial həmrəylik prinsipindən yanaşdı. Lakin bu gün biz, təəssüf ki, dünyada xüsusilə vaksinin ədalətsiz bölgüsünün şahidi oluruq. Azərbaycan haqlı olaraq bu ədalətsiz yanaşmanı qəbul etmir. Prezident İlham Əliyevin də söylədiyi kimi, zəngin dövlətlərin məsələyə eqoist yanaşması, həqiqətən də, “neomüstəmləkəçilik dövrü” kimi xarakterizə olunur. Zəngin dövlətlərin yalnız özünü düşünməsi təəssüf doğurur. Bu yanaşma ilə dünyanın xilasına nail olmaq mümkün deyil", - deputat bildirib.
-
Prezident Şirvan suvarma kanalının təməlini qoydu - Fotolar
...
-
Prezidentin regionlara səfəri - Bölgələrin inkişafına kompleks yanaşma
...
-
Mehriban Əliyevadan Ramazan bayramı münasibətilə - Paylaşım
...
-
İlham Əliyevdən Ramazan bayramı ilə bağlı paylaşım - Foto
...
-
İlham Əliyev Gəncəyə səfər edib - Fotolar
...
-
Prezident Hacıqabulda olub - FOTO
...
-
Prezident xalqı təbrik etdi
...
-
“Bizi inandırmağa çalışıblar ki, bu görüş Azərbaycanın əleyhinə deyil”
...
-
“Ermənistana hücum etmək niyyətində olduğumuz ittihamı əsassızdır” - Prezident
...
-
Prezident Müsəlman Ağsaqqalları Şurasının baş katibini qəbul etdi
...