Yevlaxda vətən müharibəsində yaralanmış qazilərimiz ziyarət edilib
Yevlax şəhər İcra Hakimiyyətinin başçısı Anar Tağıyev Vətən müharibəsi zamanı yaralanan qazilər - Quluzadə Murad Akif oğlu, Mustafayev Emin Seymur oğlu, Əsgərzadə Alxan Elzamin oğlunu evlərində ziyarət etmişdir. Görüşdə Şəhər rəhbəri sentyabrın 27-də başlanan və 44 gün davam edən Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusunun Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə tarixi qələbə qazanması, zəfərlə sona çatan Vətən müharibəsində ölkəmizin igid oğullarının qəhrəmanlıqlarından söhbət açmışdır. Torpaqlarımızın işğaldan azad edilməsi naminə döyüşmüş və yaralanmış qazilərlə görüş zamanı onları narahat edən problemlər öyrənilmiş və həlli istiqamətində tədbirlər nəzarətə götürülmüşdür.
Qazilər və ailə üzvləri Vətən müharibəsi iştirakçılarına göstərilən dövlət qayğısına görə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirmişlər.
-
Abşeronda akademik Zərifə Əliyevanın xatirəsi anıldı - Fotolar
...
-
Səttar Möhbalıyev: “Almaniya Azərbaycanın mühüm siyasi-iqtisadi tərəfdaşlarındandır”
...
-
Bazar günü 32° isti olacaq
...
-
Abşeron Rayon İcra Hakimiyyəti başçısı yanında Şura İclası keçirilib - FOTOLAR
...
-
Şənbə gününə 32° isti gözlənilir
...
-
İki qardaş xalqın münasibətləri yüksək səviyyədədir
...
-
Münasibətlərimizin tarixi zəngindir
...
-
İki ölkə arasında dövlətlərarası münasibətlər fəallaşır
...
-
Azərbaycan xalqı Çingiz Aytmatovla fəxr edir
...
-
Davamlı əməkdaşlığın əsas meyarı
...