Təhsil İdarəsində İctimai Şura üzvləri ilə görüş - Foto
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Mehriban Vəliyeva Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvləri ilə görüşüb.
Görüşdə Təhsil nazirinin müşaviri Elnur Nəsibov, İctimai Şuranın sədri Şahlar Əsgərov və İctimai Şuranın üzvləri iştirak ediblər.
Görüşdə fevralın 1-dən başlayaraq ümumi təhsilin məktəbəhazırlıq qrupları və ibtidai təhsil üzrə tədris prosesinin bərpası ilə bağlı təhsil müəssisələrində görülən işlərdən söhbət açılıb, distant təhsilin təşkili sahəsində əldə olunan təcrübə və qarşıda duran vəzifələr müzakirə olunub.
BŞTİ-nin müdiri Mehriban Vəliyeva mövcud şəraitdə tədris prosesinin təşkili, 2021-ci ildə həyata keçirilməsi nəzərdə tutulan fəaliyyətlər barədə məlumat verib. Təhsilin keyfiyyətinin yüksəldilməsi, məktəblərin fəaliyyətində səmərəliliyin artırılması, məktəblərdə sağlam və yaradıcı mühitin təmin olunması üçün sistemli işin aparılması və təhsil müəssisələrinin idarəetmə məsələlərinə toxunan M.Vəliyeva təhsil sahəsində mühüm dəyişikliklərin olacağına inamını ifadə edib.
Elnur Nəsibov nazirliyin ictimai açıqlığa xüsusi önəm verdiyini, təhsil proseslərində ictimaiyyətin yaxından iştirakını dəstəklədiyini bildirib.Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvləri təhsilin cəmiyyətdəki rolu, məktəb və müəllimin nüfuzu, təhsilverənlərin fəaliyyətinin stimullaşdırılması, pedaqoji təhsildəki yeniliklərin müəllimlərə operativ ötürülməsi üçün məqsədyönlü təlimlərin təşkili haqqında təklif və tövsiyələrini səsləndiriblər. Həmçinin yeni yanaşmalarla təcrübənin sintezi, məktəb direktorları və müəllimlərin fəallığının artırılması, müasir qiymətləndirmə mexanizmlərinin tətbiqi, monitorinqlərin hədəflərinin dəqiq müəyyənləşdirilməsi və digər müvafiq məsələlər üzrə müzakirə aparılıb.
-
Yeni rektorlar kimlərdir?
...
-
Nazir yeni tədris ili ilə bağlı əmr imzaladı
...
-
Bakıdakı təhsil işçilərinin sentyabr konfransı keçirilir
...
-
Boş qalan yerlərə ixtisas seçimi başlayır
...
-
Ağdam rayon 38 nömrəli tam orta məktəbin 22 məzunu tələbə adını qazanıb
...
-
Bakalavriat səviyyəsi üzrə ali təhsil müəssisələrinə aparılan müsabiqənin nəticələri açıqlanıb
...
-
12 müəllim Şuşa və Füzulidə işləyəcək
...
-
Yeni tədris ilində Şuşa, Laçın və Füzulidə dörd məktəb açılacaq - SİYAHI
...
-
“Azərbaycan Texnologiya Universiteti: uğurlar və hədəflər” - Fotolar
...
-
Müəllimlərin XVI qurultayı keçiriləcək
...