Tovuzdakı akademiyada ilk toplanış başlayır

10:32 09-02-2021 | icon 1580
Tovuzdakı akademiyada ilk toplanış başlayır

18 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası fevralın 9-da təlim-məşq toplanışına başlayacaq.

11 gün davam edəcək hazırlıq prosesi Tovzudakı “Turan Tovuz” Futbol Akademiyasında gerçəkləşəcək.

Toplanışdan bir gün əvvəl futbolçular və məşqçi heyəti koronavirus testindən keçəcək.

Baş məşqçi Miloş Velebitin hazırlıq prosesinə dəvət etdiyi 26 futbolçudan biri Kamal Kazımov legionerdir. O, Türkiyə "Kasımpaşa"sının üzvüdür.

Şəhid İlqar Bürcəliyevin qardaşı, "Zirə"nin futbolçusu Tamerlan Bürcəliyev də dəvətlilər sırasındadır.

AD / SOYAD

KLUB

Elgün Bayramov

Səbail

Kamran Şəbiyev

Sabah

Rza Cəfərov

Neftçi

Uğur İbrahimov

Zirə

Rəşad Həsənov

Keşlə

Raqif Abuşov

Sabah

Sərvin İsmayılov

Sumqayıt

Nihad Həsənzadə

Keşlə

Mirəli Əhmədov

Neftçi

Rəhim Cəfərli

Zirə

Elşən Məmmədov

Zirə

Məhəmməd Tağıyev

Keşlə

Mahmud Ağayev

Zirə

Aşqın Abazərov

Neftçi

Rüstəm Hümbətov

Sumqayıt

Musa Musazadə

Qarabağ

Vüsal Əliyev

Zirə

Vüsal Qənbərov

Keşlə

Xəyal Əliyev

Səbail

Tamerlan Burcəliyev

Zirə

Kamal Kazımov

Kasımpaşa (Türkiyə)

Məhəmməd Səfərov

Zirə

Mirmövsüm Canıyev

Qarabağ

Əşrəf Zeynallı

Sabah

Ümüd Həmzəyev

Zirə

Nəriman Axundzadə

Qarabağ

Qeyd edək ki, "Turan Tovuz" Futbol Akaemidiyasının açılışı yanvarın 16-da olub.


Digər xəbərlər

0.26115393638611