“Qarabağ”la “Neftçi”, “Sumqayıt”la “Səbail” üz-üzə gələcək

08:57 13-02-2021 | icon 2281
“Qarabağ”la “Neftçi”, “Sumqayıt”la “Səbail” üz-üzə gələcək

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XV tura start veriləcək.

“Qafqazinfo” bildirir ki, günün ilk matçı Sumqayıtda gerçəkləşəcək. Şəhərin eyniadlı komandası ilə "Səbail" arasında mübarizə saat 16:00-da başlayacaq.  

Günün digər qarşılaşmasında Azərbaycan derbisi baş tutacaq. Saat 18:30-da start götürəcək matçda "Qarabağ"la "Neftçi" üz-üzə gələcək.

Azərbaycan Premyer Liqası, XV tur

13 fevral (şənbə)

“Sumqayıt” – “Səbail”

Kapital Bank Arena. Saat 16:00

Hakimlər: Vüqar Həsənli, Zeynal Zeynalov, Cəmil Quliyev, Fərid Hacıyev

Hakim-inspektor: Anar Salmanov

AFFA nümayəndəsi: Seymur Səlimli

“Qarabağ” – “Neftçi”

Tofiq Bəhramov adına Respublika Stadionu. Saat 18:30

Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Əliyar Ağayev

Hakim-inspektor: Babək Quliyev

AFFA nümayəndəsi: Kərim Ağayev.


Digər xəbərlər

0.26860213279724