Tərtər icra hakimiyyətindən mənimsəmə iddiaları ilə bağlı - AÇIQLAMA

14:07 15-02-2021 | icon 1837
Tərtər icra hakimiyyətindən mənimsəmə iddiaları ilə bağlı - AÇIQLAMA

Bəzi media orqanlarında, xüsusilə “BakuPost”, “Pravda.az”, “Editor.az”, “Azərform.az”, “Miiletinsesi.info”,
“Nocomment.az”, “Ağdam.info” və digər youtube kanallarında “İcra başçısının “sağ əli”
pulu götürüb aradan çıxdı” başlığı altında Tərtər Rayon İcra hakimiyyəti başçısı
aparatının Memarlıq və tikinti şöbəsinin böyük məsləhətçisi Fətəliyev Şahin Famil
oğlunun Xoruzlu kəndində hansısa sahibkara 250 min (iki yüz əlli min) manata satılan
torpağın və rayonun Vətən müharibəsində zərər çəkən bəzi ticarət obyektlərinə ayrılan
vəsaitlərin bir qismini götürərək Rusiyaya qaçdığı barədə məlumat yayılıb.


Saytlarda verilən həmin yazılarla bağlı bildiririk ki, rayon icra
hakimiyyətinin əməkdaşı Şahin Fətəliyev 29 dekabr 2020-ci il tarixdə rayon icra
hakimiyyətinə səhhəti ilə bağlı ərizə ilə müraciət edərək ona 2 ay müddətinə ödənişsiz
məzuniyyət verilməsini xahiş etmişdir. 29 dekabr 2020-ci il tarixdə Tərtər Rayon İcra
Hakimiyyəti başçısının 209 nömrəli əmri ilə Fətəliyev Şahin Famil oğluna 01 yanvar
2021-ci il tarixdən 01 mart 2021-ci il tarixədək ödənişsiz məzuniyyət verilmişdir. Odur ki,
onun haqqında müxtəlif saytlarda heç bir fakta əsaslanmayan məlumatların yayılması
əsassızdır.


Əlavə olaraq onu da bildiririk ki, Vətən müharibəsi zamanı vətəndaşlara dəymiş
zərər işçi qrupu tərəfindən müəyyənləşdirilir, dövlət tərəfindən verilən kompensasiyalar
onların plastik kart hesablarına köçürülür, rayon icra hakimiyyəti tərəfindən işçi
qrupunun işinə müdaxilə edilmir.

Tərtər Rayon İcra Hakimiyyəti


Digər xəbərlər

0.24112415313721