Çempionlar Liqası: "Barselona" PSJ ilə qarşılaşacaq
Bu gün UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinə start veriləcək.
İlk oyun günündə iki qarşılaşma keçiriləcək.
Həftənin ən maraqla gözlənilən oyunu İspaniyada gerçəkləşəcək. “Barselona” Fransa çempionu PSJ-ni qəbul edəcək. Hər iki komanda oyuna ciddi itkilərlə çıxacaq.
Kataloniya təmsilçisinin heyətində Jerar Pike, Serxio Roberto, Martin Breytueyt, Ansu Fati və Filippe Koutinyonun zədəyə görə oynamayacağı dəqiqdir. Paris klubunda isə Kolin Daqba, Neymar və Anxel Di Maria eyni səbəbdən meydana çıxmayacaq. Rafinyanın isə görüşdə iştirakı sual altındadır.
Günün ikinci qarşılaşmasında İngiltərə "Liverpul"u Almaniya "Leyptsiq"inin qonağı olacaq. Koronavirusa görə, qarşılaşma Macarıstanın paytaxtı Budapeştdəki "Puşkaş Arena"da oynanılacaq. Meydan sahiblərində Benyamin Henriks, Konrad Laymer və Emil Forsberq zədəlidir. Mersisayd təmsilçisində isə Vircil van Deyk, Co Qomes, Fabinyo, Nabi Keyta və Diequ Jota zədəli olduqları üçün komandalarına kömək edə bilməyəcək.
Çempionlar Liqası
1/8 final mərhələsi, ilk oyunlar
16 fevral
24:00. “Leyptsiq” (Almaniya) – “Liverpul” (İngiltərə)
24:00. “Barselona” (İspaniya) - PSJ (Fransa)
Qeyd edək ki, 1/8 finalın digər iki oyunu sabah keçiriləcək. Portu Portuqaliyada İtaliya "Yuventus"unu, "Sevilya" isə İspaniyada "Almaniya"nın “Borussiya” (Dortmund) komandasını qəbul edəcək.
-
FIFA prezidenti “Qarabağ”ı təbrik etdi
...
-
15 mindən çox iştirakçı Bakı Marafonuna qoşuldu
...
-
Ölkə idmanında növbəti tarixi uğur - Hidayət Heydərov 4 qat Avropa Çempionudur!
...
-
“Qarabağ” finalda meydan sahibi olacaq
...
-
Klub rəsmisi: "Gələn mövsüm iddiasız çıxış edəcəyik"
...
-
Azərbaycanlı avarçəkən Türkiyədə iki medal qazandı - Video
...
-
Bakıdakı o görüşün hakimləri cəzalandırıldı - Video
...
-
Avarçəkmə üzrə “Prezident Kuboku-2024” start götürür - Video
...
-
“Neftçi” “Yaşıl Gələcək” layihəsinə 1000 ağac ianə edib
...
-
Emin Əmrullayev “Neftçi”ni təbrik edib, AFFA İcraiyyə Komitəsindən danışdı: “Bu nəticəyə görə sevinirik”
...