"Neftçi" yeni transferini təqdim etdi

01:13 18-02-2021 | icon 2026

"Neftçi" Bolqarıstanın MOİK (Sofiya) komandasından icarəyə götürdüyü futbolçu Əhməd Əhmədovu təqdim edib.

Paytaxt təmsilçisi bolqarıstanlı hücumçunun keçidi ilə bağlı xüsusi video paylaşıb.

26 yaşlı forvard flaqmanın heyətində 9 nömrəli forma ilə çıxış edəcək.

Qeyd edək ki, "Neftçi" milliyyətcə türk olan Əhməd Əhmədovla cari mövsümün sonunadək müqavilə imzalayıb. Futbolçu ilk dəfə legioner həyatı yaşayacaq. O, Bolqarıstanın "Çernomorets" (Burqas), "Burqas", "Pomorye" və "Dunav" (Ruse) komandalarının da formasını geyinib. Əhmədov 2020-ci ilin fevralından çıxış etdiyi MOİK-də 5 qol vurub.

 
 

Digər xəbərlər

0.25845003128052