Bu gün Əli Əsədov Ərdoğanla görüşəcək
Baş nazir Əli Əsədov və onun rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyənin vitse-prezidenti Fuad Oktayın dəvəti ilə Türkiyədə səfərdədir.
Səfər çərçivəsində Əli Əsədov və Fuad Oktay Türkiyənin Xarici İqtisadi Əlaqələr Qurumunun təşəbbüsü ilə keçiriləcək və iki ölkədən 150 özəl sektor nümayəndəsinin iştirak edəcəyi Türkiyə-Azərbaycan iş forumunun ümumi iclasında iştirak edəcəklər.
Türkiyə ticarət naziri Ruhsar Pekcan və Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarovun da iclasda iştirak edəcəyi gözlənilir.
Həmçinin Ə. Əsədov və F. Oktay sabah keçiriləcək Türkiyə-Azərbaycan İqtisadi Əməkdaşlıq Komissiyasının 9-cu iclasına da qatılacaqlar. Fuad Oktay, Əli Əsədov və nümayəndə heyətlərinin arasında danışıqlardan sonra Prezident sarayında iki ölkə arasında müqavilələrin imzalanması mərasimi keçiriləcək.
Türkiyə Prezident Administrasiyasının mənbələrindən alınan məlumata görə, Türkiyə və Azərbaycan arasında dövlət və özəl sektordakı ticarət razılaşmalarının 100 milyon dolların üzərində olması gözlənilir.
-
Prezidentin Xankəndidəki çıxışının - Videosu
...
-
Prezident Xankəndi ilə bağlı faktları açıqladı
...
-
Xankəndinin mərkəzi meydanına “Zəfər meydanı” adı verilib
...
-
Prezident xalqı təbrik etdi
...
-
İlham Əliyev Vladimir Putini təbrik etdi
...
-
Prezident Xankəndidə Novruz tonqalını alovlandırdı - Foto
...
-
Prezident Kobaxidze ilə təkbətək görüşdü - Fotolar
...
-
Cozef Bayden Prezident İlham Əliyevi təbrik edib
...
-
Prezident Binəli Yıldırımı qəbul edib - Foto
...
-
Prezidentin Cəbrayıl, Qubadlı və Zəngilanda xüsusi nümayəndəsi o oldu
...