Vasif Talıbovun maskasız fotoları müzakirə yaratdı
Bu gün sosial şəbəkələrdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun və digər rəsmi şəxslərin ötən gün baş tutan Ağbulaq xizək mərkəzinin açılışı zamanı maska taxmaması müzakirələrə səbəb olub.
Açıq havada keçirilən mərasim zamanı sosial məsafəyə əməl edilməməklə yanaşı həmçinin maska da taxılmayıb. Ali Məclis rəhbərinin və üzvlərinin Nazirlər Kabineti yanında Operativ Qərargahın qaydalarına riayət etməməsi tənqidlə qarşılanıb.
Bu arada bildirək ki, Naxçıvan Muxtar Respublikasında koronavirusa yoluxma statistikası 0,05 faiz təşkil etsə də, Operativ Qərargahın qərarına əsasən ölkə ərazisində açıq havada maska taxmaq məcburidir. Qaydanı pozan şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə uyğun olaraq protokol tərtib edilir.
Qeyd edək ki, Azərbaycanda rəsmi şəxslər açılış mərasimlərinə qatılan zaman maskadan istifadə edirlər.
-
Azərbaycan - İran sərhədində tarixi an - Fotolar
...
-
Mehriban Əliyevadan Zəngilan paylaşımı - Fotolar+Video
...
-
Prezidentlər Cıdır düzündə - Fotolar
...
-
Prezidentlər Şuşada - Fotolar
...
-
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu - Foto
...
-
Prezident Heydər Əliyev Fondunun əməkdaşlarını təltif etdi - Siyahı
...
-
Lukaşenko Azərbaycana gəldi
...
-
Prezidentdən Qlobal Dialoq Forumunun iştirakçılarına müraciət
...
-
Prezidentin festivaldakı çıxışının - Videosu
...
-
İlham Əliyevlə xanımı Şuşaya köçmüş ilk sakinlərlə görüşdü
...