Tofiq Heydərov istefa verib
Tofiq Heydərov Azərbaycan Ağır Atletika Federasiyasının (AAAF) vitse-prezidenti vəzifəsindən istefa verib.
Bu barədə AAAF-ın mətbuat katibi Kənan Məstəliyev bildirib.
Onun sözlərinə görə, T.Heydərov 2020-ci ilin yanvar ayından etibarən postundan ayrılıb.
K.Məstəliyev bir qrup ağırlıqqaldıranın federasiya prezidenti Cahangir Əsgərova müracətinə də münasibət bildirib. O, müraciət məktubu ilə tanış olduqlarını söyləyib: "Əvvəla qeyd edək ki, bu etiraz yox, müraciətdir, bunu da normal qarşılayırıq. Nizamnaməyə uyğun olaraq, Olimpiya tsikli başa çatandan sonra hesabat-seçki konfransının keçirilməsi labüddür. Sadəcə, məktubu imzalayanlar informasiyanı tam verməyiblər".
Federasiya rəsmisinin sözlərinə görə, hesabat-seçki konfransının indiyədək keçirilməməsi pandemiya ilə əlaqədardır: "Olimpiya tsikli hələ bitməyib. Həmçinin burada qeyd olunduğu kimi, heç də bütün ölkələrdə seçki konfransı keçirilməyib. Belələri çoxdur. Ən yaxın misal, qonşu Türkiyədir. Onlar da öz hesabat-seçki konfranslarını bu il keçiriləcək Tokio 2020 Yay Olimpiya Oyunlarından sonra təşkil etməyi qərara alıblar. Səbəb isə çox sadədir: pandemiya. Dünyada tüğyan edən koronavirus pandemiyası şəraitində müxtəlif ölkələrdə müxtəlif izolyasiya qərarları qəbul edilir və kütləvi toplaşma məsələlərində çətinliklər var. Bu baxımdan, ölkəmizdəki vəziyyət də konfransın tam formada təşkilinə imkan vermir. Çünki bu mərasimin özünün xüsusi prosedur qaydaları var və onların yerinə yetirilməsi lazımdır. Üstəlik, hesabat-seçki konfransı adətən Olimpiya Oyunlarından sonra keçirilir. Yarış isə hələ baş tutmayıb. Hesabat-seçki konfransının Tokio 2020 Yay Olimpiya Oyunlarından sonra keçirilməsi nəzərdə tutulub".
Qeyd edək ki, Tofiq Heydərov 2017-ci ilin dekabrında AAAF-ın vitse-prezidenti seçilib və Azərbaycan millisinin baş məşqçi vəzifəsindən istefa verib. Hazırda baş məşqçi vəzifəsində Asif Məmmədov çalışır.(report)
-
“Neftçi” kubokun qalibidir - Video
...
-
"İQ Sports" media və marketinq agentliyi fəaliyyətə başladı
...
-
Qurban Qurbanov “Beşiktaş”ın baş məşqçi postuna namizəddir - Rəsmi
...
-
I Liqa: "Qaradağ Lökbatan" liderliyini möhkəmləndirdi
...
-
Fərid Qayıbov ABŞ-də azərbaycanlı idmançılar və tələbələrlə görüşüb
...
-
"Red Bull Four 2 Score Azerbaijan" ölkə finalı keçiriləcək
...
-
Millimizə 20 futbolçu dəvət olundu
...
-
Bakı kənd və qəsəbələri arasında ll minifutbol turnirində üçüncü turun oyunları keçirilib
...
-
Ümumdünya Antidopinq Agentliyi (WADA) 2024-cü il 19 aprel tarixini dünyada Ədalətli İdman Günü elan edib
...
-
Azərbaycanın bank sektorunun əməkdaşları Azərbaycan Bilyard Federasiyasının təşkilatçılığı ilə keçirilən bilyard turnirində mübarizə aparırlar
...