Azərbaycan cüdoçuları ikinci günü medalsız bitirdi
Azərbaycan cüdoçuları İsrailin paytaxtı Təl-Əvivdə keçirilən Böyük Dəbilqənin ikinci gününü medalsız başa vurublar.
73 kq çəki dərəcəsində çıxış edən Telman Vəliyev zədələndiyi üçün Lukas Rayterlə (Avstriya) 1/16 final görüşünə çıxmayıb.
81 kq-da yarışan Zelim Tskayev 1/16 finalda Ben Haroçu (İsrail) məğlub edib, 1/8 finalda Səid Mollayiyə (Monqolustan) uduzub. Eyni çəkidəki Hidayət Heydərov Marsel Çerçanı (Rumıniya) məğlub etsə də, 1/8 finalda Frank De Vitlə (Niderland) bacarmayıb.
Qeyd edək ki, ilk yarış günündə Azərbaycanın 7 cüdoçusundan Davud Məmmədsoy (60 kq) qızıl medal əldə edib. 66 kq-dakı Nicat Şıxəlizadə isə yeddinci olub.
-
Daha bir cüdoçumuz Avropa çempionu oldu
...
-
"Reallıq odur ki, "Qarabağ" bir neçə baş üstündür: "Neftçi"dən çempionluq gözləmək absurd olardı"
...
-
FIFA prezidenti “Qarabağ”ı təbrik etdi
...
-
15 mindən çox iştirakçı Bakı Marafonuna qoşuldu
...
-
Ölkə idmanında növbəti tarixi uğur - Hidayət Heydərov 4 qat Avropa Çempionudur!
...
-
“Qarabağ” finalda meydan sahibi olacaq
...
-
Klub rəsmisi: "Gələn mövsüm iddiasız çıxış edəcəyik"
...
-
Azərbaycanlı avarçəkən Türkiyədə iki medal qazandı - Video
...
-
Bakıdakı o görüşün hakimləri cəzalandırıldı - Video
...
-
Avarçəkmə üzrə “Prezident Kuboku-2024” start götürür - Video
...