20 yaşlı Sevilin intiharından sonra yazışmaları yayıldı - Fotolar
Bakının Xətai rayonunda intihar hadisəsi baş verib.
20 yaşlı Sevil Atakişiyeva çoxmərtəbəli binanın 20-ci mərtəbəsindəki mənzilin eyvanından özünü ataraq intihar edib.
Hadisə yerində keçinən Sevilin intiharından bir gün sonra isə onun sosial şəbəkədə yazışmaları üzə çıxıb. 2019-cu və ötən ildə olan yazışmalarda Sevil ailəsi tərəfindən təzyiqlərə məruz qaldığını bildirib. Bundan başqa, Sevil yazışmalarda hər anının qorxu ilə keçdiyini, ailədə özünə qarşı hörmət olunmadığını və mütəmadi olaraq atdığı addımlara görə hədələndiyini bildirib.
Hadisə ilə bağlı Baş Prokurorluğun Mətbuat xidmətindən "Qafqazinfo"ya bildirilib ki, yayılmış foto və məlumatlar üzrə Xətai rayon prokurorluğunda hərtərəfli araşdırmaların aparılması təmin ediləcək.
Qeyd edək ki, Sevil Atakişiyeva Azərbaycan Turizm və Menecment Universitetinin tələbəsi olub.
-
Abşeronda akademik Zərifə Əliyevanın xatirəsi anıldı - Fotolar
...
-
Səttar Möhbalıyev: “Almaniya Azərbaycanın mühüm siyasi-iqtisadi tərəfdaşlarındandır”
...
-
Bazar günü 32° isti olacaq
...
-
Abşeron Rayon İcra Hakimiyyəti başçısı yanında Şura İclası keçirilib - FOTOLAR
...
-
Şənbə gününə 32° isti gözlənilir
...
-
İki qardaş xalqın münasibətləri yüksək səviyyədədir
...
-
Münasibətlərimizin tarixi zəngindir
...
-
İki ölkə arasında dövlətlərarası münasibətlər fəallaşır
...
-
Azərbaycan xalqı Çingiz Aytmatovla fəxr edir
...
-
Davamlı əməkdaşlığın əsas meyarı
...