Cüdoçularımız “Böyük dəbilqə”ni 1 medalla başa vurdu
İsrailin paytaxtı Təl-Əvivdə keçirilən cüdo üzrə “Böyük dəbilqə” turnirinə yekun vurulub.
Turnirin üçüncü günündə kişilərin yarışında 90 kiloqram çəki dərəcəsində mübarizə aparan Məmmədəli Mehdiyev bürünc medal uğrunda görüşdə gürcüstanlı Beka Qviniaşviliyə məğlub olub. Komandamızın digər üzvü Zelim Kotsoyev (100 kq) də bürünc medal şansını əldən verib. Belə ki, o, üçüncü yer uğrunda qarşılaşmada rusiyalı Niyaz İlyasova uduzub. Hər iki cüdoçumuz beşinci yerlə kifayətlənməli olub.
Beləliklə, turnirə 15 cüdoçu ilə qatılan komandamız yarışı bir qızıl medalla başa vurub. Cüdoçularımızdan 60 kiloqram çəki dərəcəsində mübarizə aparan Davud Məmmədsoy bütün rəqiblərini məğlub edərək turnirin qalibi olub.
Yarışda 60 ölkədən 400-dən çox idmançı mübarizə aparıb.
-
Kamran Nəbizadə TAF-ın prezidenti ilə görüşüb
...
-
Nazir Ülviyyəni qəbul etdi
...
-
Bakı dünyanın “İdman Paytaxtı” seçildi
...
-
Arif Əsədov: "Əsas şərt idman prinsipinin qorunmasıdı"
...
-
Kənan Məstəliyev: "Onları qeyri-peşəkar hesab edirəm"
...
-
Bakı kənd və qəsəbələri arasında ll minifutbol turnirində finalçılar müəyyənləşib
...
-
Avarçəkmə Federasiyası “Bakı Marafonu-2024”də iştirak etdi - Fotolar
...
-
Bakı Marafonunun qalibləri müəyyənləşdi - Foto
...
-
"Prezident Kuboku 2024"ün bağlanış mərasimi keçirilib
...
-
Azərbaycan “Prezident Kuboku 2024” beynəlxalq reqatasını doqquz medalla başa vurub - FOTOLAR
...