Salyanda şantajla pul alan şəxs saxlanılıb

05:41 22-02-2021 | icon 2725
Salyanda şantajla pul alan şəxs saxlanılıb

Salyan RPŞ-yə müraciət edən vətəndaş bir nəfərin fevralın 19-da barəsində rüsvayedici məlumat yayacağı ilə onu hədələyərək 600 manat pulunu almasını bildirib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hədə-qorxu ilə tələb etməkdə şübhəli bilinən Sarvan kənd sakini, əvvəllər məhkum olunmuş T.Əsədov müəyyən edilərək saxlanılıb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələbetmə) maddəsi ilə cinayət işi başlanıb.


Digər xəbərlər

0.25843811035156