Bu gün ilk çərşənbədir

09:25 23-02-2021 | icon 2365
Bu gün ilk çərşənbədir

Bu gün Azərbaycanda ilk çərşənbə - Su çərşənbəsi qeyd olunur.

Inanca əsasən, su çərşənbəsində su və su mənbələri təzələnir, arxlar qaydaya salınır, su hövzələrində abadlıq işləri görülür, su ilə bağlı müxtəlif şənliklər keçirirlər.

Bu çərşənbəni "Əzəl çərşənbə", "Sular Novruzu" da adlandırırlar. Xalq arasında “əvvəl çərşənbə”, “gözəl çərşənbə”, “gül çərşənbə” kimi də tanınır.

Qeyd edək ki, Od çərşənbəsi martın 2-də, Yel çərşənbəsi martın 9-da, ilaxır - Torpaq çərşənbəsi isə martın 16-da qeyd olunacaq.

Azərbaycana yaz fəsli martın 20-si saat 13:37:00-da daxil olacaq.


Digər xəbərlər

0.29423499107361