Lökbatanda “Abad məhəllə” istifadəyə verildi - Fotolar

16:36 23-02-2021 | icon 2545
Lökbatanda “Abad məhəllə” istifadəyə verildi - Fotolar

Lökbatan qəsəbəsinin D.Bünyatzadə küçəsində 14, 14a və 14b binalarının həyətində salınmış növbəti abad məhəllə istifadəyə verilib.

Ətraf ərazilər abadlaşdırılıb, yeni yaşıllıq zolaqları salınıb, abad məhəllədə kölgəliklər və uşaq meydançaları quraşdırılıb. 

Ətrafda olan çoxmərtəbəli yaşayış binaların fasadları və giriş qəfəsləri təmir edilib. Şüşələnmə və boyaq işləri görülüb, binaların həyətində asfalt örtüyü salınıb və küçə işıqları quraşdırılıb. Binaların dam örtüyü də yenilənib.

Qeyd edək ki, 132 ədəd platik pəncərə quraşdırılıb, 465 kv.m mışar daşı ilə divar hörülüb, 1980 kv.m divara suvağ vurulub, 14 000 kv.m sahəyə emulsiya çəkilib, 5082 kv.m sahəyə asfalt örtüyü salınıb, 1697 m səki daşı quraşdırılıb, 360 kv.m aqlay daşı vurulub. Bundan əlavə 24 ədəd küçə işığı, 4 ədəd kölgəlik, 14 ədəd oturacaq, 2 uşaq meydançası quraşdırılıb, 1100 ədəd ağac əkilib.






Digər xəbərlər

0.26307511329651