Premyer Liqa: "Neftçi" "Zirə"yə, "Qarabağ" "Səbail"ə qarşı 

12:59 25-02-2021 | icon 1787
Premyer Liqa:

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XVII turun oyunları keçiriləcək.

Turun bütün matçları eyni gündə gerçəkləşəcək.

Tura Qəbələdə start veriləcək. Şəhərin eyniadlı komandası "Sumqayıt"ı qəbul edəcək. "Qırmızı qaralar" 18 xalla 5-ci, "gənclik şəhəri" təmsilçisi 23 xalla 4-cü yerdə qərarlaşıb. Komandalar indiyədək çempionatda 33 dəfə üz-üzə gəliblər. 19-da "Qəbələ", 4-də isə qonaqlar meydanı 3 xalla tərk edib. Topların fərqində də meydan sahiblərinin aşkar üstünlüyü var - 55:25. "Qırmızı qaralar" "Sumqayıt"a qarşı son 4 görüşdə meydanı qolsuz və xalsız tərk etməyib. Qəbələdəki son 3 matçda ən azı 2 qol vurulub.

Günün ikinci görüşündə 33 xalla lider olan "Neftçi" 25 xalla üçüncü sırada yer alan "Zirə"nin qonağı olacaq. Paytaxt təmsilçiləri arasında 20 Premyer Liqa oyununun 10-da meydan sahibləri, 4-də isə flaqman qələbə qazanıb. Topların fərqində də "qartallar" üstündür - 22:18. “Neftçi” "Zirə"yə qarşı son iki görüşdə qol vurmayıb və qələbə qazanmayıb. “Zirə” isə son üç ev matçında qapısını toxunulmaz saxlayıb.

Autsayderlərin duelində "Keşlə" və "Sabah" komandaları münasibətlərinə aydınlıq gətirəcək. Hər iki komandanın 14 xalı var və 7-8-ci yerləri bölüşdürürlər. Çempionatdakı 8 matçın 4-də "Keşlə", 1-də isə meydan sahibi qələbəyə sevinib. Topların fərqində də qonaqların aşkar üstünlüyü var - 11:5. “Sabah” bu rəqib üzərində 7 oyundur ki, qələbə qazana bilmir. “Keşlə” isə səfərdəki bütün matçlarda qol vurub və xal qazanıb.

XVII tura "Qarabağ" - "Səbail" qarşılaşması ilə yekun vurulacaq. Ağdam təmsilçisi 30 xalla 2-ci, paytaxt klubu isə 16 xalla 6-cıdır. Keçirilmiş 13 görüşün 11-də "köhlən atlar", 1-də isə "dənizçilər" 3 xal qazanıb. “Qarabağ” texniki nəticə nəzərə alınmasa, bütün oyunlarda qol vurub və xal qazanıb. “Səbail” səfərdə yalnız texniki nəticə ilə xal əldə edib.

Azərbaycan Premyer Liqası, XVII tur

25 fevral (cümə axşamı)

15:00. “Qəbələ” –“ Sumqayıt”
Hakimlər:
Səbuhi Bayramov, Eyyub İbrahimov, Nahid Əliyev, Rauf Allahverdiyev
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Maşallah Əhmədov
Qəbələ şəhər stadionu.

16:00. “Zirə” – “Neftçi”
Hakimlər:
Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Nicat İsmayıllı
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Asif Əliyev
Zirə İdman Kompleksinin stadionu.

17:30. “Sabah” – “Keşlə”
Hakimlər:
Vüqar Həsənli, Pərvin Talıbov, Cəmil Quliyev, Elçin Məsiyev
Hakim-inspektor: Gülağa Cabarov
AFFA nümayəndəsi: Erkin Hüseynov
“Bank Respublika Arena”.

18:30. “Qarabağ” – “Səbail”
Hakimlər:
Rauf Cabarov, Elşad Abdullayev, Cavanşir Yusifov, Rəhim Həsənov
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Rüfət Əmirov
“Azersun Arena”.


Digər xəbərlər

0.25704884529114