Güləşçimiz ermənini məğlub etdi

12:59 27-02-2021 | icon 2991
Güləşçimiz ermənini məğlub etdi

Azərbaycan güləşçisi Turan Bayramov Ukraynanın paytaxtı Kiyevdəki beynəlxalq turnirdə ilk görüşünü keçirib.

65 kq-da yarışan idmançı 1/16 finalda Ukrayna təmsilçisi Qor Ohannesyanla qarşılaşıb.

Bayramov erməni rəqibinə 5:4 hesabı ilə qalib gələrək 1/8 finala yüksəlib.

Qeyd edək ki, Ukraynanın məşhur güləşçiləri və məşqçilərinin xatirəsinə təşkil olunan ənənəvi yarışda Azərbacanın 11 güləşçisi mübarizə aparır.

 

Digər xəbərlər

0.25764584541321