ADBTİA Xocalı soyqırımına həsr olunmuş tədbir keçirdi
26 fevral - Xocalı faciəsinin 29-cu ildönümü ilə əlaqədar Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası (ADBTİA) anım mərasimi keçirib.
ADBTİA-dan verilən məlumata görə, onlayn formatda keçirilən tədbirdə Akademiyanın rektoru Fuad Hacıyev, Akademiyanın Elmi Şura üzvləri, ASAPES-SABAH qrupun tələbələri və tədrisi ingilis dilində aparılan proqramlar üzrə magistrantlar iştirak ediblər.
Akademiyanın Mətbuat xidmətinin rəhbəri, Azərbaycan İdman Jurnalistləri Federasiyasının prezidenti, Əməkdar jurnalist Qabil Mehdiyev açılış nitqində Xocalı soyqırımının Azərbaycan xalqının tarixində ən kədərli günlərindən biri olduğunu qeyd edib.
Əvvəlcə Xocalı faciəsi qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə Xocalı faciəsinə həsr olunmuş qısametrajlı film təqdim olunub. Sonra söz tələbələrə verilib. Onlar ermənilərin bu qanlı cinayəti haqqında öz fikirlərini bölüşüblər.
Ardınca Akademiyanın rektoru Fuad Hacıyev tələbələrə qanlı yaddaşımız və qəhrəmanlıq tarixi barədə danışıb. F.Hacıyevin Azərbaycan tarixinin keşməkeşli dövrləri barədə faktlarla zəngin söhbətini ADBTİA-nın əməkdaşları və tələbələri böyük maraqla dinləyiblər.
Tədbirin sonunda rektor F.Hacıyev tələbələrin Xocalı soyqırımı ilə bağlı suallarını cavablandırıb.
-
Azərbaycanın minifutbol millisi beynəlxalq turnirin qalibi oldu
...
-
"Prezident Kuboku 2024" beynəlxalq reqatasında ilk günün qalibləri mükafatlandırılıb
...
-
AMADA təmiz idman təbliğatını Suqovuşanda davam etdirir
...
-
Dünya Kuboku növbəti dəfə Bakıda!
...
-
"DreamLand" qolf akademiyasında "Lexus Trophy 2024" turniri keçirilib
...
-
Elman Nəsirov: Avarçəkmə Azərbaycanda bu qədər populyar olmamışdı
...
-
“Prezident Kuboku 2024” beynəlxalq reqatasının paradı keçirilib - FOTO
...
-
Ədəhim Nifrəliyev: "Qələbəyə çox ehtiyacımız vardı"
...
-
"Prezident Kuboku-2024": Beynəlxalq reqataya hazırlıqlar başa çatıb
...
-
Mehriban Əliyevadan Ülviyyəyə təbrik - “Səninlə fəxr edirəm!”
...