Bakıda ödəmə terminalından 4 min manat oğurlanıb

14:11 03-03-2021 | icon 2546
Bakıda ödəmə terminalından 4 min manat oğurlanıb

Bakıda ödəmə terminalından pul oğurlayan şəxs tutulub.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Binəqədi Rayon Polis İdarəsi 6-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 27-də rayon ərazisindəki mağazaların birində quraşdırılan içərisində 3 953 manat pul olan “E-manat” ödəmə terminalını oğurlamaqda şübhəli bilinən Ağdam rayon sakini, əvvəllər məhkum olunmuş M.Kazımov saxlanılıb, daha bir nəfərin isə şəxsiyyəti müəyyən edilib.


Digər xəbərlər

0.28060793876648