Qarabağda iqtisadiyyatın bərpası iqtisadi gücümüzə güc qatacaq

12:24 06-03-2021 | icon 1946
Qarabağda iqtisadiyyatın bərpası iqtisadi gücümüzə güc qatacaq

Ermənistan işğalından azad olunmuş torpaqlarımızda həyata keçirilən bərpa və
quruculuq layihələri ölkəmizin yaxın illərdəki sosial iqtisadi inkişafına böyük təkan
verəcək. Sözsüz ki, həmin layihələrə həm dövlət, həm də özəl sahibkarlar tərəfindən
milyardlarla dollarlıq sərmayə yatırılmalıdır.
Məlum olduğu kimi, 2021-ci ilin dövlət büdcəsində bu məqsədlər üçün 2,2 milyard
manat nəzərdə tutulub ki, bu da ÜDM-in 2,9 faizini təşkil edir. Artıq infrastrukturla bağlı
müəyyən işlər görülməyə başlayıb.
Artıq geniş iqtisadi potensiala malik həmin ərazilər ölkəmizin ixtiyarına qayıtdığı
üçün hər hansı risqlə bağlı məsələlər də həmişəlik həll olundu.
Bölgədə ilkin infrastruktur qurulan kimi daha çox kənd təsərrüfatı, turizm, mədənçilik,
tikinti materialların istehsalı, yük daşımaları kimi xeyli mənfəət potensialına malik
sahələrdə layihələrin icrasına başlanacaq.
Bu layihələrin aid olduğu qeyr-neft sektoru artıq 2021-ci ildə həm ÜDM-də, həm
də dövlət büdcəsinin mədaxilində payını artırmalıdır.
Qeyd edək ki, Qarabağ sərmayə yatırımı bölgəsi kimi 80 milyon əhalisi olan İran
bazarına, habelə yaxın gələcəkdə 83 milyon əhalisi olan Türkiyə bazarına ixracat üçün
əlverişli olması baxımdan da əhəmiyyət kəsb edir.
Torpaqlarımızın uzun müddət işğal altında saxlanılması Azərbaycan iqtisadiyyatına çox
böyük ziyan vurub. 1 milyona yaxın insan qacqın və məcburi köçkünə çevrilib, dövlət illərlə
onların qayğısını çəkib, milyardlarla manat vəsait xərclənib. İşğal altındakı maddi və mənəvi
sərvətlərimiz talan olunmaqla yanaşı, 27 il ərzində ölkə iqtisadiyyatı Qarabağ regionunun
iqtisadi potensialından yararlanmaq və gəlir əldə etmək imkanlarından da məhrum olub.
Əslində Dağlıq Qarabağ və onun ətrafındakı rayonların hər biri özünəməxsus zəngin
təbii resurslara, yüksək iqtisadi potensiala və inkişaf perspektivlərinə malikdir. Fikrimizcə, bu
rayonların iqtisadiyyatının bərpası zamanı burada ənənəvi sahələrə üstünlük verilməlidir.
Məsələn, vaxtilə Qubadlının iqtisadiyyatının əsasını taxılçılıq, heyvandarlıq, tütünçülük,
baramaçılıq və üzümçülük təşkil edib ki, bu gün də həmin sahələr perspektivli sayıla bilər.
Zəngilan, Laçın və Kəlbəcər rayonlarının da iqtisadiyyatının əsasını kənd təsərrüfatı, xüsusilə
də heyvandarlıq təşkil edirdi. Qoyunçuluq, maldarlıq, arıçılıq, tütünçülük, üzümçülük,
meyvəçilik, taxılçılıq kənd təsərrüfatının inkişaf etmiş sahələrindən olmuşdur. Əkinçilik üçün
əlverişli şərait vardır. Sənaye müəssisələri yerli xammal növlərinin emalına əsaslanmışdır.
İqtisadi rayonda ət-süd məhsulları emal edilirdi, xalça toxunurdu ki, bu sahələri yenidən bərpa
etmək mümkündür. Kəlbəcər-Laçın iqtisadi rayonu ərazisində qızıl, civə, xromit, mərmər, üzlük
tikinti daşları koral, perlit və s. faydalı qazıntı ehtiyatları var. Burada İstisu, Minkənd, Tutqunçay

kimi mineral bulaqlar, iqlim-balneoloji şərait, dağ meşələri kurort-rekreasiya məqsədləri üçün
istifadə edilə bilər. Bir sözlə, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin
rəhbərliyi ilə işğaldan azad edilən Qarabağ torpaqları Azərbaycan iqtisadiyyatı üçün yaxın
gələcəkdə yeni potensial iqtisadi imkanlar və iqtisadi güc deməkdir. Qarabağda iqtisadiyyatın
bərpası və müasir tələblər səviyyəsində yenidən qurulması iqtisadi gücümüzə güc qatacaq,
iqtisadiyyatımız nəzərə çarpan səviyyədə artacaq və böyüyəcək. Azərbaycan öz iqtisadi
göstəricilərinə görə regionun lider dövləti rolunu möhkəmləndirəcək, ölkəmizin dünya
miqyasında nüfuzu daha da artacaq, iqtisadiyyatımızın rəqabət qabiliyyətliliyi, sosial-iqtisadi
göstəricilər və bütövlükdə əhalinin həyat səviyyəsi də yüksələcəkdir.

Qarabağ Azərbaycandır!

Sürəyya Zeynalova,
Saatlı rayon Tarix-diyarşünaslıq muzeyinin Direktoru


Digər xəbərlər

0.615877866745